Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək Hadisə

O bildirib ki, Fərmana əsasən, Dövlət Dil Komissiyası yanında yaradılacaq Monitorinq Mərkəzi Azərbaycan dilindən düzgün istifadə qaydalarına hər bir vətəndaşın məsuliyyətlə yanaşması məsələsini tənzimləyəcək. Monitorinq Mərkəzi televiziyada yayımlanan verilişlərdə, radioda, elektron mətbuatda, reklamlarda ədəbi dil normalarına riayət olunması ilə bağlı materialların toplanılması, araşdırılması, sistemləşdirilməsi və təhlilini aparacaq, norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək. Bu Fərman həm də nitq mədəniyyəti məsələlərinin həllinə və onun inkişaf imkanlarının açılması istiqamətinə yönəlmiş vacib sənəddir.
Təranə Şükürlü monitorinqlərin keçirilməsi zamanı əhatəlilik, uyğunluq, obyektivlik və davamlılıq prinsiplərinin gözlənilməsinin vacibliyini də qeyd edib. Bildirib ki, monitorinqə cəlb olunan materiallar bütün sahələri əhatə etməli, təhlil zamanı materialların bölgüsünə diqqət yetirilməlidir. Monitorinqlər qarşıya qoyulan məqsədə və vəzifələrə uyğun aparılmalı, çıxarılan nəticələr real faktlarla əsaslandırılmalıdır. Bununla yanaşı, monitorinqlər ardıcıl olaraq kəmiyyət və keyfiyyət dinamikası izlənilməklə aparılmalıdır.
"Bizi bir xalq, millət kimi qoruyan başlıca amil məhz ana dilimizdir. Milli birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Azərbaycan elmi, mədəniyyəti inkişaf etdikcə dilimiz daha da zənginləşir, analitik düşüncə dilinə çevrilir. Xalqın milli sərvəti olan dil həm də dövlətçiliyin rəmzidir. Bu baxımdan onun qayda və normalarını qorumaq hər bir vətəndaşın borcudur", - deyə Təranə Şükürlü əlavə edib.
14 Noyabr 2018 16:01
5 474
Xəbər lenti





















.jpg)







.jpg)


.jpg)























