“Sanksiyalar Rusiyanı daha da aqressivləşdirə bilər”
20 Noyabr 22:57
20 Noyabr 22:57
20 Noyabr 22:41
20 Noyabr 22:29
20 Noyabr 15:52
20 Noyabr 22:57
455
"Hazırda Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketinin üzərində işləyir. Məqsəd Rusiyanın hərbi mexanizmini uzunmüddətli perspektivdə zəiflətməkdir".
Bu sözləri deputat Könül Nurullayeva Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.
Onun fikrincə, eyni zamanda amerikalı senatorlar ABŞ-də Rusiyanın ticarət tərəfdaşlarına qarşı nəzərdə tutulan sanksiya qanunu layihəsini hazırlayıblar:
“Bu təşəbbüs Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları da nəzərdə tutur. Qanunda Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-yə idxal üçün 500%-lik gömrük rüsumlarının tətbiqi məsələsi yer alıb. Burada əsas məsələ ABŞ prezidenti Donald Trampın sənədi dəstəkləyib-dəstəkləməməsi ilə bağlıdır. Tramp indiyə qədər sərt addımlardan ehtiyatla istifadə edib və daha çox dialoq yoluna üstünlük verib. Son vaxtlar Rusiya-Ukrayna müharibəsi ilə bağlı gizli sülh planının hazırlanmasına dair məlumatlar yayılıb.Planın əsas istiqamətləri Ukraynada sülhün bərpası, tərəflərin təhlükəsizlik zəmanətləri, Avropanın təhlükəsizliyi və Vaşinqtonun Moskva və Kiyev ilə gələcək münasibətlərinin çərçivəsidir. Rəsmi Vaşinqton sülh prosesini yaxınlaşdırmaq istiqamətində addımlar atmağa üstünlük verir. Eyni zamanda sərt sanksiyaların nəticələri hər zaman gözlənildiyi kimi olmur. Beynəlxalq Valyuta Fondunun ilkin hesablamalarına görə, iqtisadi qarşıdurmanın ilk aylarında Rusiyanın xeyrinə nəticələr qeydə alınıb, lakin Avropa iqtisadiyyatı gözləniləndən daha çox zərər çəkib. Amma ümumilikdə sanksiyalar Rusiyaya təsirsiz ötüşmür və Kremlin daha aqressiv davranmasına səbəb ola bilər".
O bildirib ki, Ukrayna Prezidenti V.Zelenskinin Türkiyə səfəri də sülh prosesinə təsir göstərəcək və tərəflərin yaxınlaşma səviyyəsini müəyyənləşdirməyə kömək edəcək.
Günel Elxan
20 Noyabr 22:41
511
20 Noyabr 22:29
532
20 Noyabr 15:52
980