20 Noyabr 22:57
20 Noyabr 22:41
20 Noyabr 22:29
Türk hüquqşünas: Tam üzvlük statusu Azərbaycanı Mərkəzi Asiya siyasətinin mərkəzi hissəsinə çevirib
“Azərbaycanın bu missiyada iştirakı ölkəmizin beynəlxalq sülhqoruyucu statusunu gücləndirə bilər”
Rusiya ordusunun Zaporojyeni atəşə tutması nəticəsində 5 nəfər ölüb
"Traxtor" komandasının təhqirlərlə bağlı şikayəti rədd edilib
08:56
350
“Bu gün Türkiyənin ən böyük hədəflərindən biri terrorsuz Türkiyədir. Bunun üçün də PKK mənsubları ilə, başda Öcalan olmaqla artıq xeyli müddətdir danışıqlar aparılır və bir sıra uğurlu nəticələr var. PKK Türkiyənin ərazisini rəsmi tərk etdiyini bəyan edib”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Əli Mustafa deyib.
Politoloq əlavə edib ki, eyni zamanda, PKK-nın İraqda və digər bölgələrdə olan silahlıları hətta silahı yerə qoyma törəni keçirib: “Yəni böyük miqyasda deyə bilərik ki, bu gün artıq Türkiyə ilə PKK arasında olan gərginlik aradan qalxıb. Amma bu terror təşkilatının İraqda, Suriyada uzantıları hələ də qalır və danışıqlar o istiqamətdə gedir ki, bunların da fəaliyyəti aradan qalxsın, dayandırılsın. Əslində, PKK qərar qəbul edib, yəni onların yüksək siyasi qurumlarının silahı yerə qoyma, bölgədə barış ortamı yaratma barədə qərarları var. Amma faktiki olaraq hələlik onların hamısı silahı yerə qoymayıblar. Xüsusilə Suriyada PYD, YPG qruplaşması silahlıdır. Lakin danışıqlar bu istiqamətdə də gedir”.
O vurğulayıb ki, Türkiyə dövlətinin gücü hər gün artır, o artıq regional bir gücdən daha böyük bir gücə çevrilir: “Bu da bölgədəki digər aktorların, o cümlədən PKK-nın da gördüyü, anladığı bir şeydir. Belə güclənən Türkiyə ilə üz-üzə gəlməkonlar üçün yaxşı bir şeylər vəd etmir. Düzdür, PKK-nın hələ də Türkiyəyə qarşı istifadə olunması, eyni zamanda, onlara bunun üçün müəyyən vədlərin verilməsi kimi reallıqlar var. Amma bütün hallarda mən düşünürəm ki, Türkiyənin bütün bu istiqamətdə apardığı siyasət kifayət qədər uğurludur. Ümid edirəm ki, gec-tez bölgə terrorsuz bir bölgəyə çevriləcək və ümumiyyətlə, Türkiyə mərkəzli bir güc, türk-müsəlman blokunun yaranması reallaşacaq”.
Röya İsrafilova
20 Noyabr 22:57
945
20 Noyabr 22:41
959
20 Noyabr 22:29
952