“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
4 Sentyabr 2019 18:22
3 157
“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində qurğunun ən mürəkkəb hissəsi olan dənizə çıxış xətti quraşdırılıb.
Pirşağı qəsəbəsi yaxınlığında inşa edilən və məhsuldarlığı sutkada 40 min kubmetr olan Pirşağı tullantı sutəmizləyici qurğusunun dənizə çıxış xəttinin tikintisi layihənin ən vacib hissələrindən biridir.
Xəzər dənizinin ekoloji sabitliyinin qorunması məqsədilə qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1 600 mm diametrli polad borularla 1700 metr uzunluğunda daşıyıcı xətt inşa edilib.
Boruların quraşdırılma işləri yekunlaşıb və xəttin dəniz vasitəsilə Pirşağı qəsəbəsində inşası davam edən təmizləyici qurğunun yerləşdiyi əraziyə daşınması həyata keçirilib.
Pirşağı tullantı sutəmizləyici qurğusunda işlərin 90%-dən çoxu yerinə yetirilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılır.
Kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Kürdəxanı, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Məhəmmədi, Digah, Mehdiabad, Goradil, Fatmayı və Novxanı qəsəbələrində yaranan tullantı suları bu kompleksdə təmizlənərək kənarlaşdırılacaq.
10:53
952
19 Dekabr 20:27
2 030
19 Dekabr 19:54
1 995