Azərbaycan şahmatçısı Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib
Aİ Rusiyanın ticarət məhdudiyyətlərinə görə Ermənistana 34 milyon avro ayırıb
DİM: Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrədir
İran XİN Hörmüz boğazının bağlanmasına dair xəbərləri təkzib edib
8 Noyabr 2019 16:14
1 477
Yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək. Tərkibində karbohidratların kütlə payı isə 11%-dən artıq olmayacaq".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, agentlik tərəfindən hazırlanan "Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları"na görə, enerji içkilərinin etiketlərində "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur" sözləri qeyd edilməlidir.
Qeyd edək ki, yanvarın 1-dən "Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları"na görə 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.
16:50
1 197
16:30
945
15:02
1 078