“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb Hadisə

“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb

Dekabrın 10-da Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi” layihəsinin başa çatması ilə əlaqədar tədbir təşkil olunub.
Öncə layihə müddətində həyata keçirilmiş tədbirlərə dair videoçarx nümayiş edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov dekabrın 1-dən 9-na kimi həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” layihəsi çərçivəsində keçirilmiş müxtəlif sosial aksiyalar və tədbirlər barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, bu çərçivədə reallaşdırılan “Şəhidimiz”, “VətənimİZ”, “TəbiətimİZ”, “ Könüllülük Sərhəd Tanımır !”, Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu, 4 günlük qış düşərgəsi kimi tədbirlər, ümumilikdə 15000-dən çox könüllünü əhatə edib.
Sonra layihənin həyata keçirilməsində iştirak edən müxtəlif gənclər təşkilatlarına təşəkkürnamələr təqdim olunub.
“Azərbaycan Könüllülük Həftəsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.