“Sosial Tədqiqatlar Mərkəzi illik planlamasını hazırlayır” Hadisə

“Sosial Tədqiqatlar Mərkəzi illik planlamasını hazırlayır”

Əziz Əlibəyli: “Yeni dövrün reallıqlarının qiymətləndirilməsi də həyata keçiriləcək”

“2020-ci ilin təqviminə uyğun olaraq Sosial Tədqiqatlar Mərkəzi (STM) illik planlamasını hazırlayır”. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli məlumat verib. Ə. Əlibəylinin dediyinə görə, mərkəzin il ərzində həyata keçirəcəyi işlər və monitoriqlər barədə cəmiyyət də xəbərdar olacaq: “STM ötən ilin fevral ayında yaradılıb. Təsisatın formalaşması, kadrların toplanması böyük vaxt aparsa da, kifayət qədər fundamental layihələrin icrasını reallaşdıra bilmişik. Şüphəsiz ki, 2020-ci ildə bir sıra məsələlər diqqət göstəriləcək ki, onların aktuallaşmasında cəmiyyətin maraqları böyükdür. Bunlar hansılarıdır? Hökumət orqanlarının fəaliyyətinə ictimai münasibətin tətbiq olunmasını həyata keçirəcəyik. Hökumət orqanlarının işinin müsbət olması hər zaman dövlət rəhbərinin tapşırıqlarının əsasını təşkil edib. Bu qurumların işinin fəaliyyətinin monitorinqlərini aparırıq. Sonrakı məsələlərdən biri də sosial işlərin icrası ilə bağlı monitoriqlər aparacağıq. Çünki bu layihələrin icrası hansı formada həyata keçirilib, qurumlar öz işlərini hansı dərcədə bacarıqla qura biliblər kimi araşdırmalar öz əksini tapacaq. Yeni dövrün reallıqlarının qiymətləndirilməsi də həyata keçiriləcək. Çox vacib məsələlərdən biri də sərhədyani bölgələrdə eyni zamanda, cəbhəyanı ərazilərdə yaşayan insanların fikrinin monitorinqlərini həyata keçirməkdir. Burada da əsas müqayisəli yanaşma üstünlük təşkil edəcək. STM publik-hüquqi şəxs olaraq həm dövlət orqanlarından, həm digər təşkilatlardan, hətta fərdi şəxslər daxil olmaqla hər kəsdən sifarişlər qəbul edir, sorğu sənədlərinin həyata keçirilməsini təşkil edir. STM ictimaiyyətlə, media ilə yaxından əməkdaşlıq edir”.