Dünyanı vahiməyə salan Koronavirus Hadisə

Dünyanı vahiməyə salan Koronavirus

Virusa görə Azərbaycana test gətirilir

Çində koronavirusa yoluxanların sayı 5974-ə çatıb.
Bu məlumatı Çin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi yayıb. Məlumata görə, koronavirusdan ölənlərin sayı 132-yə yüksəlib.
Virusa yoluxanlardan 1239-nun vəziyyətinin ağır olduğu vurğulanıb.
Çin koronavirusun yayıldığı vuhan şəhərindən ölümlər və yoluxanların artımından sonra yüzlərlə xarici vətəndaşı təxliyə etməyə başlayıb.
Avstraliya özünün təxliyə olunan 600 vətəndaşını təxminən 2 həftəliyinə ölkənin 2 min kilometrliyində yerləşən Christmas Adasında karantində saxlamağı planlaşdırır.
Yaponiya, ABŞ və Avropa Birliyi də öz vətəndaşlarının geri qaytarılmasına başlayıb.
Çin Prezidenti Xi Jinpin virusu "şeytan" adlandırıb, həmçinin bildirib ki, Çin onu məğlub edəcək.
Çinin Milli Sağlamlıq Komissiyasının (ÇMSK) verdiyi məlumata görə, xəstəliyin pik həddə çatması üçün daha 10 gün vaxt lazım ola bilər.
Virusun 16 ölkədə yayılması ilə də kütləvi evakuasiya səyləri başlayıb.
Ehtimal olunur ki, virus Hubei əyalətinin pataxtı Wuhan-da qeyri-qanuni satışı həyata keçirilən dəniz məhsullarından yayılıb.
Virus ağır nəfəs yolu infeksiyasına səbəb olur və onun xüsusi müalicəsi və ya vaksinasiyası yoxdur.
Hadisənin iqtisadi təsirləri artır, Starbucks adlı şəbəkə Çində yerləşən şöbələrinin yarısını - təxminən, 2 min şöbəsini virus səbəbilə bağlayıb.
Bavariyanın Münhen yaxınlığında yerləşən Ştokdorf şəhərciyinin sakinində dünyada daha çox koronavirus adı ilə məşhur olan təhlükəli “2019-nkov” virusu aşkar edilib.
33 yaşlı xəstə təcrid edilib. Almaniyanın ilk koronavirus daşıyıcısı ilə birbaşa təmasda olan şəxslərin hamısı xəstəliyin ilkin əlamətləri barədə məlumatlandırılıb.
Məlum olub ki, müəyyən müddət əvvəl onun ofisinə çinli qadın gəlib. Qadın vətənə qayıdandan sonra onda həmin virus aşkar edilib.
Yeni tip koronavirusun yayılma ocağı olan Çinlə yanaşı, bu virusa yoluxma halları Tailand, Cənubi Koreya, Yaponiya, Avstraliya, Sinqapur və ABŞ-da qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus ilə bağlı əhaliyə tövsiyələrini açıqlayıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, özünüzü və başqalarını xəstəlikdən qorumaq üçün öskürdükdən və asqırdıqdan sonra, xəstələrə qulluq edərkən, yemək hazırlayarkən (əvvəl və sonra), tualet istifadəsindən sonra, əllər vizual olaraq çirkli göründükdə, heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra əllər sabun ilə yuyulmalıdır:
"Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün. İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın. Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun. Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin, qida təhlükəsizliyini tətbiq edin, çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin. Bununla yanaşı, çiy və bişmiş qidalara toxundurduqda əllərinizi yuyun, qida təhlükəsizliyini tətbiq edin".
Tövsiyələrdə qeyd edilir ki, xəstə və ölü heyvanlar yeyilməməlidir. Xəstəliyin alovlanması baş verən bölgələrdə belə, ət məhsulları tam bişirilərsə və qida hazırlanması düzgün aparılarsa, o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər:
"Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin. Heyvanlara və heyvan məhsullarına toxunduqdan dərhal sonra tez-tez əllərinizi sabun və su ilə yuyun. Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin. İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın. Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin və bununla da koronavirus infeksiyası riskini azaldın".
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib ki, hazırda Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə danışıqlar aparır. Koronavirusların aşkar edilməsi üçün lazım olan testlərin yaxın zamanlarda Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, dəqiq tarix barədə məlumat vermək mümkün deyil:
“ÜST testlərin ölkəyə gətirilməsinə kömək edəcək”.
A.Əliyeva qeyd edib ki, virus növü yeni olduğundan dünyada peyvəndi hazırlanmayıb:
“Yəqin müəyyən müddətdən sonra vaksin hazırlana bilər. Ancaq bu günə infeksiyaya qarşı vaksin yoxdur”.
Maraqlıdır, viruslara yoluxan uşaqlara qarşı hansı tədbirlər görülməlidir? Belə uşaqların təhsil müəssisələrinə getməsi doğrudur?
Məsələ ilə bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev xəstə uşaqların bağçaya, məktəbə, universitetlərə getməsinin yolverilməz olduğunu bildirir:
“Bütün digər viruslara qarşı olan tədbirlər koronaviruslara qarşı da keçərlidir. Uşaqda hər hansısa virus müşahidə olunursa, mütləq həkimə müraciət etməlidir. Əgər xəstəlik yüngüldürsə, uşaq ev şəraitində sahə həkiminin nəzarəti altında müalicə olunmalı, ağır vəziyyətdə olarsa, xəstəxanada müalicə davam etdirməlidir. Ümumiyyətlə, uşaqlar qoruyucu maskalardan istifadə etsə yaxşı olar. Çünki böyük toplumun içərisində bir nəfər mütləq ki, hansısa virusun daşıyıcısıdır”.
Ölkənin baş pediatrı Nəsib Quliyev isə virus daşıyıcısı olan uşağın dərsə gələcəyi təqdirdə ətrafa milyonlarla virus buraxa bildiyini deyir:
“Dəfələrlə bildirmişik ki, virus daşıyıcısı olan uşaqlar bağçaya, məktəbə gəlməsinlər. Uşaqda hər hansısa virus müşahidə olunursa, onu təhsil müəssisəinə yox, xəstəxanaya aparmaq lazımdır. Bizdə çox təəssüf ki, valideynlərin çoxu bu məsələyə etinasız yanaşır. Hələ 40 günlük olan uşağı qripdir deyə bizim yanımza müayinəyə gətirən valideynlər var. Səbəb kimi də göstərirlər ki, evə qonaq gəlmişdi, ondan virus keçib. Belə diqqətsizlik, layqeydlik olar? Uşaqlara qarşı diqqətli olmaq lazımdır. Onlarda xəstəliyin əlaməti olan kimi məktəb və ya bağçaya getməyə icazə vermək olmaz. Bir xəstə uşaq 10 sağlam uşağı virusa yoluxdura bilir. Düzünü desək, dövlət tərəfindən tibb müəssisələrində tibb işçiləri tərəfindən lazımi işlər aparılır, amma evdə valideynlər lazımi qaydalara əməl etmirlər”.
Onu da qeyd edək,Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus ilə bağlı əhaliyə müraciət edib.
Bununla bağlı Səhiyyə Nazirliyi əhaliyə bəzi tövsiyələr verilib.
Özünüzü və başqalarını xəstəlikdən qoruyun
Əllərinizi yuyun;
öskürdükdən və asqırdıqdan sonra;
xəstələrə qulluq edərkən;
yemək hazırlayərkən, əvvəl və sonra;
yeməkdən əvvəl;
tualet istifadəsindən sonra;
əllər vizual olaraq çirkli göründükdə;
heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra;
Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun;
Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli;
təmizləyici (dezinfectant) istifadə edin.

Başqalarını xəstələnmədən qoruyun

• Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün
• İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın
• Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun

Özünüzü xəstələnməkdən qoruyun

Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin

Qida təhlükəsizliyini tətbiq edin

Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin;
Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun;
Qida təhlükəsizliyini tətbiq edin;
Xəstə və ölü heyvanlar yeyilməməlidir;
Qida təhlükəsizliyini tətbiq edin;
Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa, o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər.

Heyvan bazarlarında alış-veriş edirsiniz?

Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun;
Gözlərə, burun və ya ağzınıza toxunmayın;
Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin;
Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin.

Heyvan bazarlarında iş?

Heyvanlara və heyvan məhsullarına toxunduqdan dərhal sonra tez-tez əllərinizi sabun və su ilə yuyun;
Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin;
Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin;
İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın;
Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin;

Koronavirus infeksiyası riskini azaldın:

Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun;
Öskürərkən/asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın;
Ət məhsullarını və yumurtanı tam bişirin;
Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin.