ICESCO üzrə Azərbaycan Milli Komissiyasının yeni tərkibi təsdiqləndi Hadisə

ICESCO üzrə Azərbaycan Milli Komissiyasının yeni tərkibi təsdiqləndi

Azərbaycan Prezidenti İlham Əliyev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilib.

Komissiyanın sədri

Azərbaycan Respublikasının Mədəniyyət naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası Təhsil nazirinin müavini
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) sədrinin müavini
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
ICESCO İcraiyyə Şurasının üzvü, Milli Komissiyanın Baş katibi.