Milli Məclisdə 2026-cı il dövlət büdcəsinin müzakirəsinə başlanıb
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin hər bir çağırışı gələcəyimiz üçün mühüm yol xəritəsidir
Paşinyan Ermənistan və Azərbaycan arasında son uğur hekayələrini sadalayıb
Sanitariya-Karantin Mərkəzinin sabiq vəzifəli şəxslərinə hökm oxunub
28 Mart  2020 14:13
1 785
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 29-na olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Martın 29-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.