14:14
420
İsveçrə Prezidenti və iqtisadiyyat naziri Gi Parmelen hökumətdəki 11 illik fəaliyyətindən sonra ilin sonunda vəzifəsindən ayrılacağını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Neue Zürcher Zeitung" qəzeti məlumat yayıb.
Məlumata görə, Parmelen mətbuat konfransı keçirərək, "xüsusilə geosiyasi çətinliklər dövründə hökumətin yeni gənc qüvvələrə ehtiyacı olduğunu" bildirib. Siyasətçi prezidentlik səlahiyyətlərinin başa çatacağı 2026-cı ilin sonunda istefa vermək qərarına gəlib.
Nəşrin qeyd etdiyi kimi, siyasətçinin onurğa sütunu ilə bağlı problemlərdən əziyyət çəkməsi səbəbindən istefa şayiələri uzun müddətdir gəzirdi. Bununla belə, Parmelen mətbuat konfransında jurnalistlərə istefa səbəbinin səhhəti ilə bağlı olmadığını bəyan edib.
Məryəm Quliyeva