ABŞ Misirə 320 milyon dollarlıq hərbi yardımı bərpa edib Gündəm

ABŞ Misirə 320 milyon dollarlıq hərbi yardımı bərpa edib

Dövlət Departamenti daha əvvəl insan hüquqlarının vəziyyəti ilə bağlı qiymətləndirmə səbəbindən bloklanmış Misirə 320 milyon dollarlıq hərbi yardımın dondurulmasının ləğvi barədə qərarı təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

"ABŞ Dövlət katibi Marko Rubionun qərarı Misirin ABŞ-nin milli təhlükəsizlik maraqları üçün daşıdığı əhəmiyyəti əks etdirir", - deyə bəyanatda qeyd olunur.

Daha əvvəl "Reuters" agentliyi Dövlət Departamentinin sərəncamında olan sənədlərinə istinadən xəbər vermişdi ki, qurum Qahirəyə hərbi yardımın ayrılması üçün Misirdən insan hüquqları sahəsində islahatlar tələb etməyi dayandırıb.

Məlumata əsasən, Dövlət Departamenti Vaşinqtonun insan hüquqları mövzusunu Misir hakimiyyəti ilə adi rejimdə müzakirə etməyə davam edəcəyini bildirib. "Məhdudiyyətlərin ləğvi haqqında qərar regionda ciddi çağırışlar dövründə Misirlə təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyini vurğulayır", - deyə idarədən əlavə edilib.

Məryəm Quliyeva