14:15
392
Yaponiya Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edib.
Xalqcebhesi.az xəbər verir ki, Yaponiya Rusiya Federasiyasından olan 33 şirkət və 9 fiziki şəxsi, həmçinin Türkiyə və BƏƏ-dən olan 4 şirkəti sanksiya siyahılarına daxil edib. Bu barədə sənəddə bildirilir.
Yaponiya Tokioya görə Rusiya ilə əlaqəli olan 35 gəmiyə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edir. Sanksiya siyahılarına həmçinin "VNIIR-proqress"in baş direktoru Vladislav Kostin və "Rostex" rəhbərinin müavini Dmitri Lelikov daxil edilib. Yaponiya "Voyentorg", "VNIIR-Proqress", "Alabuga Development", "Alabuga Machinery" və "Uralvagonzavod"a qarşı sanksiyalar tətbiq edib.
Məryəm Quliyeva