Generallar karantindəki vətəndaşlarla görüşdü Hadisə

Generallar karantindəki vətəndaşlarla görüşdü

Martın 29-da Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidməti¬nin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar Naziri general-polkovnik Kamaləddin Heydərov Rusiya Federa¬si¬ya¬sından avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin təd¬birlə¬rinə cəlb olun¬muş vətəndaşlarla görüşmək məqsədilə hə¬min əra¬zidə olub.
Dövlət Sərhəd Xidməti¬ndən verilən məlumata görə, hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş za¬¬¬manı Prezident İlham Əli¬ye¬vin rəhbərliyi al¬tın¬da ko¬ronavirus infeksiyasının yayılmasına qarşı mü¬ba¬rizə məqsədilə həyata keçiri¬lən qabaqlayıcı tədbirlər haq¬¬¬qında geniş məlumat verilib, əhalinin sağlamlığının qorun¬ması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tə¬ləb¬lərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.
Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma və¬¬ziy¬yətinə baxış keçirilib, üzləşdikləri problemlərlə maraqla¬nıl¬ıb, xahiş və mü¬ra¬ciətləri dinlənilib, qaldırılan mə¬sələlərin qısa müddətdə öz həllini tapması üçün təd¬birlər görül¬üb.
Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrıl¬mış yer¬lə¬r və ora¬dakı şərait öyrənilib, vətəndaşların və şəx¬si heyətin təhlü¬kə¬siz¬¬liyinin təmin edilməsi və sağlamlıqlarının qorun¬ması üçün gö-rül¬müş işlər nəzərdən keçirilib, zəruri göstə¬rişlər veril¬ib.
Dövlət sərhədindən buraxılış məntəqə¬sin¬də rejim təd¬bir¬¬¬ləri¬nin təşkili və¬ziy¬yəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təx¬liyə edilməsi məsələləri nəzərdən keçirilib, birgə fəaliyyə¬tin yük¬sək səviyyədə təşkil olunması qeyd edilib və bu istiqamətdə ai¬diy¬yəti dövlət or¬qan¬larının əməkdaşlığının daha da təkmilləş¬diril¬məsi üzrə müvafiq tapşırıqlar ve¬ril¬¬ib.