Parlamentin Komitə sədri jurnalistlərə minnətdarlığını bildirib Hadisə

Parlamentin Komitə sədri jurnalistlərə minnətdarlığını bildirib

Müasir dövrü mediasız, jurnalistikasız təsəvvür etmək çətindir. Media mənsubları, jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdir. Xüsusilə bu ağır və məsuliyyətli günlərdə peşəsini sənət səviyyəsinə yüksəlmiş, çevik və operativ, cəsarərli və qərəzsiz, dəqiq və vicdanlı jurnalistlərə ehtiyac böyükdür.
Danılmaz fakdır ki, onlar dünyada tüğyan edən Covid-19 virusu haqqında düzgün maarifləndirmə işləri apararaq, çoxlu insan həyatının xilas olunmasına səbəb olurlar.
Bütün dünya dövlətləri bu problemlə mübarizədə müxtəlif tədbirlər həyata keçirirlər. Bizim prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü mükəmməl tədbirlərin xalqa doğru çatdırılmağının,onların düzgün maarifləndirilməyinin nəticəsidir ki, bu günə qədər ölkəmiz virusa qarşı mübarizədə yoluxma hallarının aşağı səviyyədə olması və ölüm sayının az olması ilə dünya ölkələri arasında ön sıralarda yer tutur. Heç şübhəsiz ki, günün qəhrəmanları sırasında həkim və polislərlə yanaşı jurnalistlərin(KİV əməkdaşları) də əməyi mütləq qeyd olunmalıdır.
Hörmətli media mənsubları, sağ olun ki, Həsən bəy Zərdabi məktəbinin davamçıları olaraq, peşənizi şərəflə icra edib, daim zirvədə tutursunuz!
Mən sizə öz minnətdarlığımı bildirərək, bu ağır günlərdə sizə möhkəm can sağlığı və yorulmaz fəaliyyət arzulayıram. Ulu Tanrı sizi qorusun!

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri