Lavrov və Əraqçi İranla ABŞ arasındakı memorandumu müzakirə ediblər
Reuters: ABŞ və İranın tarixi sazişində 300 milyard dollarlıq özəl fond planı
Tramp G7 liderləri ilə razılaşdı: Hörmüz boğazı açılır, Ukraynaya dəstək davam edir
Ziqfrid Leffler: İnfrastruktur bağlantı yaradır, institutlar isə inteqrasiyanı təmin edir
18 May 2020 17:28
1 890
“Parklarda maskalardan mütləq istifadə etməliyik ”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, 65 yaşdan yuxarı olan insanlar da mütləq sosial məsafəni saxlamalı, tibbi maskadan istifadə etməlidirlər: “İnsanlarımız həkimlərə kömək etməlidir. Xəstə sayı artanda yetərli xidmət göstərmək çətin olar. Modul tipli xəstəxanalar açılır. Maska və dezinfeksiyaedici ləvazimatlarda heç bir çətinlik yoxdur. Ancaq cəmiyyətdə məsuliyyət hissi olmasa, vəziyyət yenə pisləşər”.