14 İyul 15:25
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
4 İyun 2020 16:59
2 065
Müəllimlərin yerdəyişməsi müsabiqəsi üçün təqdim edilən 11 vakant yer sistemdən silinib. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib. Onun sözlərinə görə, yerdəyişmə müsabiqəsinə 7.539 vakansiya çıxarılacağı barədə 29 may tarixdə məlumat verilib. Vakant yerlərin ümumi siyahısı dərc olunduqdan sonra Bakı şəhəri üzrə əlavə 3 yer də (ingilis dili fənni üzrə) sistemə daxil edilib: "Ümumi siyahı ilə tanış olan bir neçə yerli təhsili idarəetmə orqanları isə səhv daxil edilmiş bəzi yerlərin sistemdən silinməsi barədə İnsan Resursları Mərkəzinə müraciət edib. Nəticədə 8 rayon üzrə ümumilikdə 11 yer sistemdən silinib".
M.Camalzadə qeyd edib ki, hazırda sistemdə 7.531 vakansiya mövcuddur. Nazirlik rəsmisinin fikrincə, vakansiyaların formalaşdırılması və sistemə daxil edilməsi prosesinin yerlər tərəfindən insan amili vasitəsilə həyata keçirildiyini nəzərə alsaq, belə texniki nöqsanların olması anlaşılandır: "Amma belə nöqsanın buraxılması ehtimalını nəzərə alaraq, elan olunacaq vakant yerlərin siyahısının dəqiqləşdirilmə üçün İRM tərəfindən hər dəfə yerlərə əvvəlcədən göndərildiyini də unutmamalıyıq. Vakant yerlərin müəyyən edilməsi zamanı buraxılan nöqsanlar vətəndaşlarımızın vəziyyətinə bu və ya digər formada təsir göstərir. Belə halların yalnız İRM-nin deyil, eyni zamanda digərlərinin də məsuliyyətində olduğunu aidiyyəti qurumlar dərk etməlidir. Ümumilikdə, vakansiya ilə əlaqədar fərqli problemlərin köklü həllini yalnız adıçəkilən prosesin tam elekrtronlaşmasında görürəm. Prosesin tənzimlənməsində insan amili qaldığı müddət ərzində oxşar problemlərin mövcud olması daim qaçılmazdır".
14 İyul 21:57
1 246
14 İyul 20:21
1 085
14 İyul 19:29
1 225