Britaniya şirkəti “Dəmirli”də mis konsentratı üzrə 25 mln. dollarlıq saziş imzalayıb
Yevlaxda 14 yaşlı qızın əməliyyatda ölməsi ilə bağlı iki həkimə hökm oxunub
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib
SEPAH Haniyənin raket atəşi nəticəsində öldürüldüyünü etiraf edib
20 İyun 2020 13:14
2 534
Gələn həftə planlaşdırılan müəyyən imtahanlar təxirə salındı. Bunlar sərt karantin rejimi tətbiqi olunan şəhər və rayonlardır. Qalan rayonlarda imtahan keçirmək imkanı yaradılıb.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.
"Biz abituriyentlərdən tələb edirik ki, imtahana maska ilə gəlsin. İndiki zamanda hər kəs özünü qorumalıdır".
M.Abbaszadə qeyd edib ki, bu gün saat 10-dan iyunun 24-25- keçiriləcək imtahanalara buraxılış vərəqəsi almaq mümkündür: “Bunlar 9 və 11-ci siniflər üçün buraxılış, Azəırbaycan dili imtahanlarıdır. Çox zaman buraxılış vərəqələrinin çapında orta məktəb müəllimləri kömək edir. Bu imtahanlara binaların hazırlanmasında da onların çox böyük zəhməti olub. Buna görə onlara minnətdarlığı bildirirəm”.