Prezident İlham Əliyev ARDNŞ-in işçilərini təltif edib Hadisə

Prezident İlham Əliyev ARDNŞ-in işçilərini təltif edib

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, "Neft Daşları"nın 65 illiyi münasibəti ilə yatağın işlənməsində xidmətlərinə görə ARDNŞ-in aşağıdakı işçiləri təltif edilib: "Şöhrət" ordeni ilə Abduyev Əhəd Əhməd oğlu. "Tərəqqi" medalı ilə Ağayev İlqar Hilal oğlu Əfəndiyev Eldar Musa oğlu Hacıyev Məhərrəm Məmmədyar oğlu Musayev Mirsədir Məmməd oğlu Yaqubov Natik Alı oğlu.
Dövlət başçısı həmçinin Balamirzə Ağarəhim oğlu Ağarəhimova "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. B. Ağarəhimova "Neft Daşları"nın 65 illiyi münasibətilə yatağın işlənməsində xidmətlərinə görə fəxri ad verilib.