1000 seçki məntəqəsində “web-kamera”lar quraşdırılacaq Hadisə

1000 seçki məntəqəsində “web-kamera”lar quraşdırılacaq

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
İclasda 25 noyabr 2014-cü il tarixli protokol təsdiqlənib. Dekabrın 23-nə təyin edilən bələdiyyə seçkilərində səsvermə prosesində seçki məntəqələrində "web-kamera"lardan istifadə ilə bağlı məsələyə baxılıb.
MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərini sonadək izləmək üçün 1000 seçki məntəqəsində "web-kamera"lar quraşdırılacaq.
Daha sonra Elman Fəttah bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb.
İclasda bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.
Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə üzvlüyünə 37 232 nəfərin namizədliyi qeydə alındığını bildirib.
MSK sədri deyib ki, qeydə alınan namizədlərdən 113 nəfəri könüllü şəkildə namizədlikdən imtina edib: "Beləliklə də, hazırda qeydə alınan namizədlərin sayı 37 232 nəfər təşkil edir".
Qeyd edək ki, namizədlərin qeydiyyatı proseduru 29 noyabr 18:00-da başa çatır. Seçki dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək. Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçiləcək.

XC