Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov Hadisə

Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov

Bir ilə yaxındır pandemiya bütün dünyanı narahat edir.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

Onun sözlərinə görə, bu proses Azərbaycanda da davam edir: "Azərbaycanda bununla bağlı dövlət səviyyəsində tədbirlər görülüb və görülür. Modul tipli xəstəxanalar tez zamanda tikilib, preparatlar gətirilib. Bu, pandemiya əleyhinə görülən tədbirlərin bir hissəsidir. Yoluxma dünyada 60 milyonu keçib, ölüm halları isə milyon yarımdan artıqdır. Yoluxmanın artması dünyanı narahat edir. Hazırda qorunmadan başqa çarə yoxdur. Hələki vaksin olmadığından ancaq qorunma tədbirlərinə diqqət etməliyik. Maskalardan düzgün istifadə edilməli, məsafə saxlanmalı və əllərin tez-tez, düzgün yuyulması. Dezinfeksiya hökmən deyil, amma hər ikisi olduqda daha yaxşı olar".