14 İyul 15:25
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
22 Dekabr 2020 15:45
3 969
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə iştrakçılarının sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində işləri davam etdirir. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli şəhid Qasım Abdullazadənin ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə tanış olub.
Nazirlikdən bildirilib ki, Qasım Abdullazadə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Anası, qardaşı və bacısı ilə birgə yaşayıb. Ailə ilə görüş zamanı şəhidin qardaşı Orxan Abdullazadə və bacısı Təhminə Abdullazadə özünüməşğulluq proqramından yararlanmaq istədiklərini bildiriblər.
Şəhidin qardaşına istədiyi avadanlıqlar təqdim edilib. Yaxın günlərdə şəhidin bacısı üçün də proqram çərçivəsində kiçik müəssisə yaradılacaq. Şəhidin anası Mehbarə Abdullayevanın da məşğulluğu təmin edilib. O, istəyi əsasında haqqı ödənilən ictimai işə cəlb edilib.
Bunlarla yanaşı ailəyə sosial ödənişlərin - Prezidentin aylıq təqaüdünün, həmçinin hüququ müəyyən edilməklə pensiya və ya müavinətin təyinatı həyata keçiriləcək.
14 İyul 21:57
1 183
14 İyul 20:21
1 064
14 İyul 19:29
1 204


