Pakistan və Azərbaycan birbaşa aviareyslərin açılmasını müzakirə edir Hadisə

Pakistan və Azərbaycan birbaşa aviareyslərin açılmasını müzakirə edir

Pakistan və Azərbaycan iki ölkə arasında birbaşa aviareyslərin açılmasını müzakirə edir.

Bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye öz "Twitter" səhifəsində yazıb.

Səfir bildirib kik, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovla görüşüb.

Görüş zamanı ikitərəfli birbaşa aviareyslərin açılması ilə bağlı məsələlər müzakirə olunub.