“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
22 İyun 2021 10:09
1 743
Sabirabad rayon sakini qohumunu güllələyərək öldürməyə cəhd edib.
Sabirabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə iyunun 21-i saat 20 radələrində baş verib. Rayon sakini, 1971-ci il təvəllüdlü Mirqiyas Mirmövsümovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1987-ci il təvəllüdlü Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Fuad Zaidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
19 Dekabr 20:27
1 204
19 Dekabr 19:54
1 204
19 Dekabr 19:09
1 218