Livanda iki jurnalist İsrailin PUA hücumunda həlak olub
28 Mart 16:56
28 Mart 16:56
9 İyul 2021 09:54
2 359
Bakıda kişi həyat yoldaşını qətlə yetirib.
Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə iyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 1986-cı il təvəllüdlü Elnarə Musayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüş, daha sonra həmin bıçaqla özünə xəsarət yetirmişdir.
Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
28 Mart 17:47
1 386
28 Mart 15:54
1 449
28 Mart 15:07
1 260