AYİB: Azərbaycan sənaye zonalarının ekosistemə çevrilməsi istiqamətində mühüm mərhələyə qədəm qoyub
Qəzzada hərbi insident: İsrail PUA-sı öz mövqeləri yaxınlığında partladı
Ərdoğan: Türkiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi üçün Rusiya və Ukrayna ilə işləyir
Rütte: "Avropanın hərbi gücü ABŞ olmadan əməliyyatlar keçirməyə çatmir"
“Dağ-mədən və metallurgiya sənayesindən Azərbaycan iqtisadiyyatına xeyli dividendlər gələcək”
13:51
329
“Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Prezident qeyd etdi ki, bizim təbii resurslarımız, qızıl, mis, molibden yataqlarımız Azərbaycan üçün istifadə ediləcək. Çünki bunlar Ermənistan tərəfindən zamanında talan edilib. Eyni zamanda, Prezidentin çıxışında Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin başlanacağı da qeyd olundu. Naxçıvan ərazisində də bizim təbii resurslarımız var”.
Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Elşad Musayev bildirib.
Deputatın sözlərinə görə, Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağı ilə bağlı Prezident çıxışında qeyd etdi ki, o, Avropa qitəsində ən perspektivli yataqlardan biri kimi qəbul edilir: “Bu yataq “AzerGold” şirkəti tərəfindən istismara hazırlanır. Bununla bağlı ciddi işlər görülür və Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün xarici investorlara da müəyyən dəvətlər göndərilib, əlaqələr qurulub. Bütövlükdə isə bu sahə ilə bağlı təşkil olunan müşavirənin çox böyük əhəmiyyəti var. Düşünürəm ki, biz bu sahəni inkişaf etdirsək qeyri-neft sektorunu inkişaf etdirmiş oluruq, eləcə də Azərbaycan iqtisadiyyatına dağ-mədən və metallurgiya sənayesindən xeyli dividendlər gələcək”.
Röya İsrafilova