Narkomaniya və narkoticarəti yaradan səbəblər: çıxış yolu varmı? Hadisə

Narkomaniya və narkoticarəti yaradan səbəblər: çıxış yolu varmı?

Bu gün narkomaniya bütün dünyanın bəlaısna çevrilib. Azərbaycanda da son illər narkomaniyanın artmasını müşahidə edirik. Az qala hər kəsin yaxınlarında bu bəlaya düçar olmuş şəxslər var. Bunu yaradan müxtəlif səbəblər mövcuddur və problemin köklü həlli vacibdir. Eksperlər “Xalq Cəbhəsi”nə problemi yaradan səbəblər və çıxış yolları barədə fikirlərini bölüşdülər.
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Aqbbasbəyli bildirdi ki, narkomaniya lokal məsələ deyil, ümumbəşəri bir problemdir. Onun fikrincə, əslində bu problem dünya iqtisadiyyatına, insanların sağlamlığına, mənəviyyatına müxtəlif formada təsir edir, insanlığı deqradasiyaya aparır: “Əslində mən bu məsələləri hələ 10 il bundan qabaq dəfələrlə qaldırmışam, müxtəlif layihələr həyata keçirmişəm. Təbii ki, yalnız layihələrlə bu problemi həll etmək mümkün deyil. Təbii ki, marrifləndirmə də problemin həlli üçün bir vasitədir və bu məqsədlə bu addımlar atılıb.

Xüsusi institutlar

Narkomaniyanın artmasının səbəbləri çox böykdür. Birincisi burada böyük, dünya çapında narkomafiya fəaliyyət göstərir. Hətta narkomafiya bir çox dövlətlərdən daha güclüdür. Ordusu, hüquq mühafizə orqanları, təhsil mexanizmləri, təhlükəsizlik sistemləri olan dövlətlər narkobizneslə mübarizədə acizdirlər, bunun kökünü kəsmək mümkün deyil. Problemin əsas səbəblərindən biri narkobiznesin bazarının mövcudluğudur. Yəni tələb varsa təklif də var. Tələbi yaratmaq üçün xüsusi institutlar fəaliyyət göstərir. Bu gün gəncləri buna meylləndirirlər. Yəni narotik vasitələr nə qədər çox olursa olsun, əgər bunu alan olmasa bu bazar inkişaf etməz”.

Narkobiznes və kino

Ə.Abbasbəyli bildirdi ki, planlı şəkildə gənclər arasında buna meylliliyi artırırlar, müxtəlif şüuraltı təbliğat vasitələrindən istifadə etməklə gəncləri aludəçiyə çevirirlər: “Bunu bir neçə forması var.
Məşhur filmlərdə sətiraltı təbliğatdan istifadə olunur. Birmənalı şəkildə deyə bilərik ki, narkobiznes kinoindüstriyanı gizli şəkildə maliyyələşdirir. Çünki məşhur filmlərin əksəriyyətində 25-ci kadr tipli epizodlara yer verilir. Maddi, nüfuz və populyarlıq baxımından uğurlu insanların əksəriyyətinin narkotik istifadəçiləri olması məşhur filmlərdə təqdim olunur. Gənclərin əksəriyyəti də hesab edir ki, narkotik uğurun simvoludur.

Narkomafiya üçün sərbəst mühit

Bu gün o qədər də əhəmiyyət daşımayan, yaxud aktual olmayan müxtəlif sahələrə maliyyə ayrılır. Amma narkomaniyaya qarşı mübarizə ilə bağlı ciddi, kütləvi tədbirlərə rast gəlmək mümkün deyil. Son günlər bu məsələ azacıq aktuallaşıb. Hər hansı filmlər, maarifləndirmə ilə bağlı tədbirlər yoxdur, sadəcə kampaniya xarakterli tədbirlərə, konsertlərə rast gəlmişik. Amma narkomaniyanın təbliği ilə bağlı çox güclü propoqanda aparılır. Son zamanlarda internetin inkişafı, sosial şəbəkələrə gənclərin axışı narkomafiya üçün sərbəst bir mühit formalaşıb ki, onlar burada çox rahat şəkildə iş apara bilirlər”.

Gənclərin asudə vaxtı

Ə.Abbasbəyli dedi ki, son dövrlər narkotiklərin satışı internet vasitəsilə həyata keçirilir: “Mən, düşünürəm ki, bu məsələlərə çox ciddi fikir vermək lazımdır. Səbəblərdən biri təbii ki, gənclərin asudə vaxtının düzgün təışkil olunmamasıdır. Tutaq ki, 20 il bundan qabaq gənclərin işlə bağlı problemi olmurdu, asudə vaxtı fərqli formada həyata keçirirdilər, müxtəlif idman növləri ilə məşğul olurdular. Bu gün təəssüf ki, asudə vaxtının təşkili ilə bağlı ciddi problmlər var. Ən yaxşı halda çayxanada oturub telefonla yazışma, yaxud hansısa oyun oynamaqla məşğul olurlar. Bu da mənfi işlərə meyllənməni gücləndirir. Düşünürəm ki, asudə vaxtın təşkili ilə bağlı işlər gücləndirilməlidir. Kifayət qədər idman obyektləri olsa da təəssüf ki, gənclərin bura cəlb edilməsi çox çətindir. Pandemiyada ilk bağlanan, son açılan idman obyektləri oldu. Pandemiya dönəmində pivəxanalar, müxtəlif iaşə obyektləri işləyə bilər, amma idman obyektləri işləyə bilməz? Burada qəribə məntiq var”.

Qanunvericilik

Təşkilat sədrinin fikrincə, Azərbaycanda qanunvericilik sahəsində ciddi islahatlar aparılmalıdır: “Müqayisə üçün deyim ki, narkotikdən istifadə və cəzaların tətbiqi ilə bağlı Azərbaycanla Rusiya arasında ciddi fərqlər var. Qonşu ölkələrin əksəriyyətində - İranda, Rusiyada, Trükiyədə buna qarşı çox ciddi tədbirlər görülür. Düşünürəm ki, bu narkotik ticarət və narkomaniyanın qarşısının alınması üçün tədbirlərdən biridir. Təkcə şərq ölkələrində deyil, Avropa ölkələrinin əksəriyyətində, Amerikada çox ciddi cəza tədbirləri mövcuddur. Mən düşünürəm ki, bununla bağlı qanunvericilikdə ciddi dəyişikliyə ehtiyac var. Təkcə narkotik istifadəçiləri ilə bağlı deyil, narkobizneslə məşğul olan, onun kütləvi yayılmasında iştirak edən şəxslərlə bağlı çox ağır cəzalar da tətbiq etmək lazımıdr.
Düşünürəm ki, istifadəçiyə yanaşma fərqli olmalıdır. Onlara müalicəsi, reabilitasiyası ilə bağlı ciddi tədbirlər görülməlidir. Düzdür, Azərbaycanda buna yanaşma fərlqidir. Bir qrup var ki, ümumiyyətlə narkomanlara cəza verilməsinin tərəfdarı deyil. Bir qrup isə cəzaların tətbiq olunmasını istəyir. Amma mən düşünrəm ki, loyallıq olsa çayxanada və digər yerlərdə narkotikdən istifadə etmək halları adiləşəcək. Bu da çox ciddi problemə çevriləcək. Düşünürəm ki, bu hazırki formada cəzalar qalmaqla, narkotiklərin yayılması ilə bağlı cəzaların ağırlaşdırılamsı məsələsinə baxıla bilər”.

Korrupsiya elementləri

Ə.Abbasbəylinin fikrincə, digər bir məsələ isə ondan ibarətdir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da bununla bağlı korrupsiya elementləri var: “Bəzən qərəzli yanaşırlar ki, Azərbaycanda niyə belədir? Amma əslində bütün dünyada bu problem var. Dövlət narkomafiya ilə mübarizədə bəzən uğur qazana bilmir. Bu gün Azərbaycanda da bu problem mövcuddur. Təbii ki, burada korrupsiya elementlərinə qaşrı sərt adımlar atılmalıdır. Hesab edirəm ki, bu gün Azərbaycanda kifayət qədər gənclər təşkilatlarının olması vacibdir və onların bu istiqamətdə fəaliyyəti gücləndirilməlidir. Əvvəlki illərə nisbətən bu il narkomaniyanın artmasında məhz gənclər təşkilatlarının nisbətən zəifləməsi də rol oynayır. Gənclər təşkilatları əvvəlki illərə nisbətən bu il daha ciddi fəaliyyət göstərmirlər. Hətta beynəlxalq platformalarda iştirak edən gənclər bu gün öz potensiallarını göstərə bilmirlər. Düşünürəm ki, gənclər təşkilatlarına xüsusi diqqət ayrımaq lazımdır. Bu gün narkomafiyaya xidmət edən gənclərin sayı artır nəinki gənclər təşkilatlarında fəaliyyət göstərənlərin. Təbii ki, gənclər təşkilatlarının da fəaliyyəti formal xarakter daşıyır. Düşünürəm ki, bu sahəyə xüsusi diqqət göstərmək lazımıdr”.

Maarifləndirmə işi necə aparılmalıdır?

Təşkilat rəhəri vurğulayıb ki, növbəti məsələ maarifləndirmə ilə bağlıdır: “Bəzi telekanallarda bununla bağlı cüzi iş görülsə də bütövlükdə Azərbaycan televiziyaları bərbad bir vəziyyətdədir. Onlar əksinə, gənclərin tərbiyəsinə çox pis təsir göstərirlər. Şou-biznes adamlarının efirlərə dolması və boş-boş danışmasına, savadsız ifadələrə, bahalı maşınlarını nümayiş etdirmələrinə şərait yaratmaqla, hamının tanıdığı narkomanları efirlərdə təbliğ etməklə gənclərimizin düşüncəsinə mənfi təsir edirik. Əxlaqsız, intellektsiz insanaları efirlərə çıxarıb uğurlu insan kimi təqdim eləmək gənclərimizə pis təsir edir. Televiziyaya çıxan insanların çoxunu insanlar yaxşı tanıyır. Bu cür insanları efirlərə çıxarıb təbliğ etmək olmaz...”.

Qlobal problem

Ekspert Ramiz Alıyev isə diqqətə çatdırdı ki, təkcə Azərbaycanda deyil, dünyanın hər yerində narkomaniya artmaqdadır. Onun sözlərinə görə, narkotik vasitələrin və psixotrop maddələrin qeyri qanuni dövriyyəsi və ondan istifadəsi qlobal problemə çevrilib: “Bilirsiniz ki, dünyada qeyri-qanuni yollarla ən çox narkotik vasitələrin satışı, silah və insan alverindən gəlir əldə edilir. Təbii ki, bununla bağlı Azərbaycan Parlamentində də müxtəlif vaxtlarda millət vəkillərinin çıxışları olub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı müxtəlif fikir və təkilflər səsləndirilib. Bu günlərdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Kollegiya icxlasında və ötən 6 aylıq fəaliyyətin dəyərləndirilməsi zamanı şəxsən bu məsələyə fikir bildirib. Qeyd edib ki, Azərbaycanda digər ölkələrdə olduğu kimi narkotik vasitələrin qeyri qanuni dövriyyəsi və psixotrop maddələrin yayılması ötən illərə nisbətən artmaqdadır. Bununla bağlı mübarizə aparılır. Əlbəttə təkcə hüquq mühfizə orqanlarının fəaliyyətində bu mübarizə öz əksini tapmamalıdır. Hüquq ümhafizə orqanlarının işi cinayətkarları həbs etrmək və cəzalandırmaqdır. Ancaq biz cəmiyyət olaraq bu bəla ilə ciddi şəkildə mübarizə aparmalıyıq. Bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Bir çox vətəndaş cəmiyyəti təmsilçiləri və gənclər təşkilatları, KİV nümayəndələri maarifləndirmə işi aparırlar. Amma bir məqamı xüsusilə qeyd etmək istəyirəm ki, bu köhnə standart formada həyata keçirilir”.

Sosial şəbəkələr

R.Alıyev əlavə etdi ki, artıq dünyanın hər yerində yeni üsullarla marrifləndirmə işi aparılır: “Bu gün azyaşlıların belə əllərində smartfonlar var və onlar mənfi xarakterli məlumatları hər an görürlər. Ona görə də indi sadəcə broşür nəşr edib paylamaqla kifayətlənməməliyik. Vətəndaş cəmiyyətinin nümayəndələri bununla bağlı ciddi şəkildə məşğul olmalıdır. Bütün məsuliyyəti hüquq mühafizə orqanlarının üzərinə atmaq olmaz.
Mənim ideya müəllifi və layihə rəhbərliyimlə Azərbaycanda ilk dəfə polsilə bağlı serial çəkdik. Düzdür serial sadəcə 6 bölümdəın ibarət oldu. Amma dünyanın bir çox ölkəsində polislə bağlı 100-200 və daha çox bölümdən ibarət olan seriallar var. Halbuki orada insan alveri, narkomaniya və digər cinayət növlərindən bəhs edilir. Bunun fəsadları cəmiyyətin diqqətinə çatdırılır. Bizim çəkdiridiyimiz serial marrifləndirmədə müəyyən qədər rol oynadı.
Hesab edirəm ki, insnaların maraq dairəsinə uyğun təbliğat işi aparılmalıdır. İnternet resurslarından daha çox yararlanmaq lazımdır. Sosial şəbəkələrdə bu işi daha ciddi şəkildə qurmalıyıq. Polisin işini asanlaşdırmaq lazımdır. Hər kəs polisə dəstək olmalıdır. Düşüncəmiz dəyişməlidir. Bugün poilisə dəstəyə pis baxırıq, amma bu prosesə mənfi təsir edəcək, sabah hamımızın blasına çevirləcək və qapımızı döyəcək. Bu gün texnolgiya elə bir mərhələyə yüksəlib ki, valideynlər artıq əvəvlki illərdə olduğu kimi övladlarına nəzarət edə bilmirlər. Gənclər asanlıqla işbazların toruna düşür və geridönüş çətin olur. Ona görə də hamımız birlikdə bu bəlaya qarşı mübarizə aparmalıyıq”.

Əli Zülfüqaroğlu