“Atmosferdə istilik 50 dərəcə olsa belə meşələrin özbaşına yanması mümkün deyil” Hadisə

“Atmosferdə istilik 50 dərəcə olsa belə meşələrin özbaşına yanması mümkün deyil”

Telman Zeynalov: “Bunu ancaq insan əli və ya ekosilahlarla etmək mümkündür”

İyulun 28-dən avqustun 3-dək Türkiyənin 38 vilayətində ümumilikdə 163 yanğın faktı qeydə alınıb. Onlardan 152-si artıq söndürülüb. Amma təhlükə hələ də davam edir. Hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Maraqlıdır ki, dünyanın müxtəlif ölkələrində də yanğınlar baş verir. Amma Türkiyədə durum fərqlidir. Eyni anda çoxsaylı nöqtələrdə yanğınların baş verməsi sabotaj ehtimalını gücləndirir.
Hdisənin təbii amillərlə baş verməsi mümkündürmü? Sabotajla bağlı dəlilər varmı? Azərbaycanda hansı risklər var? Bu suallara cavab tapmaq üçün ekoloq və siyasi ekspertlərlə söhbətləşdik.
Ekoloq Telman Zeynalov “birmənalı deyə bilərəm ki, Türkiyədə baş verən yanğınlar təbii fəlakət deyil, təxribatdır” – deyə vurğuladı: “Hazırda Türkiyə yeganə dövlətlərdəndir ki, turizmi inkişaf edir və çoxsaylı turistləri qəbul edirlər.
İstər yer kürəsində, istərsə də Atmosferdə istilik 50 dərəcə olsa belə meşələrin özbaşına yanması mümkün deyil. Çünki meşədə olan hava axını, havanın təzyiqi və nəmişlik yanğının baş verməsinə imkan verməz.
Bunu ancaq insan əli və ya ekosilahlarla etmək mümkündür.
Yadınızdadırsa əvvəllər “Mühəndis Harrinin silahları” adlı film var idi. Bu filmdə şüalardan silah kimi istifadə olunurdu. Ümumiyyətlə dünyada bu tipli filmlər çoxdur və belə filmlərin çəkilməsi əsassız, boş deyil. İnsan təxəyyülü varsa, bir gün o elmi araşdırmalarla həqiqətə çevrilir. Bu gün də deyə biərik ki, ekoloji problemlər yaradan silahlar mövcuddur və zaman-zaman istifadə olunur. Səmadan şüalarla, yaxud başqa formalarda bu yanğınları törətmək mümkündür.
Bəziləri bu cür silahların mövcudluğuna inanmırlar. O zaman sual olunur, Nəyə görə, 220 dövlət 28 beynəlxalq konvensiyaya imza atıb? Bu konvensiyalara imza atılandan sonra geofiziki, atom və digər iqlim silahlarından istifadə edilməsi qadağan olunub.
Amma təəssüf ki, bu cür silahlardan Rusiya da, Amerika da istifadə edir. Məqsəd isə aydındır, dövlətlərin iqtisadiyyatını çökdürmək. Türkiyə bəlkə də, yeganə dövlət idi ki, sərhədləri açıb, turistləri kütləvi şəkildə qəbul edirdi. Bu da Türkiyə iqtisadiyyatının canlanmasına səbəb olurdu. Dünyada çirkin iqtisadi oyunlara qarşı çıxan Türkiyəni meşə yanğınları ilə vurdular.
Digər dövlətlərdə də yanğınlar var, amma bir çox dövlətlərdə yoxdur. Hansı dövlətlər ki, qlobal proseslərə qoşulur, onlarda bu tipli problemlər meydana çıxır.
Onu da nəzərinizə çatdırlm ki, coğrafiyada qlobal istiləşmə termini yoxdur, iqlim dəyişmələri termini var. İqlim dəyişmələri də həmişə olub. Əvvəllər də iqlim dəyişmələrinə məriz qalınsa da, meşə yanğınları olmayıb. Bir sözlə çirkin oyunlar gedir”.

Azərbaycanda risklər

T.Zeynalov “atalar misalı var, meşə çaqqalsız olmur. Hansısa təxribat məqsədilə meşələrimizi yandıra bilərlər. Ona görə də önləyici təbirlər görməli və hazırlıqlı olmalıyıq. Onu da nəzərinizə çatdırım ki, “The Economist” dərgisinin sahibləri əvvəlcə belə proqniz verir, eyni zamanda bu proqnozun reallaşması üçün əllərindən gələni edirlər”.

Rövşən Abbasov: “Meşə və ağaclar öz-özünə yana bilməz”

Ətraf mühit üzrə mütəxəssis Rövşən Abbasov diqqətə çatdırdı ki, bütün dünyada hər il yüzlərlə, bəlkə daha çox yanğın hadisələri baş verir. Onun sözlərinə görə, bu yanğınların statistikası əksər səbəblərin nə ilə bağlı olduğunu göstərir: “Bunlara turistlərin məsuliyyətsizliyi, ocaqların qalanması və söndürülməməsi, siqaretin meşəyə atılması. Yəni heç bir yerdə yan təsir olmasa, meşə, ağaclar öz-özünə yana bilməz. Öz-özünə yanmalara da az da olsa rast gəlinir. Bunun üçün çox yüksək temperatur lazımdır. Müxtəlif şərtlər olmalıdır ki, ağac öz-özünə yanmağa başlasın. Amma əksər hallarda statistika göstərir ki, bu insan mənşəli amildir. Ona görə də mən də düşünürəm ki, Türkiyənin müxtəlif bölgələrində eyni anda yanğınların baş verməsində insan faktoru var.
Bunun qəsdən, yaxud təsadüfən edidiyi maraqlıdır və araşdırılmalıdır. Fikir verirsinizsə yanğınlar bir-birindən uzaq ölkələrdə birdən-birə paralel başladı. Təbii fəlakət, yaxud təsadüf nəticəsində olsaydı yanğınlar arasında zaman fərqləri olardı. Bu onu göstərir ki, yanğınlar qəsədn törədilib və bu tam araşdırıldıqdan sonra daha dəqiq məlumat verilə bilər.
Yanğınların təbii şəkildə baş verməsi üçün çox yüksək temperatur olmalıdır və günəş şüalarının düşdüyü ərazilərdə münbit şərait lazımdır”.

Qəbələ meşələrində təhlükə

Ekspert əlavə etdi ki, Azərbaycanda da meşə yanğınları qalanan ocaqlar və atılan siqaretlər nəticəsində olur: “Məsələn Qəbələ meşələrində həddindən artıq quru otlar var. Bir çınqı kifayətdir ki, alışıb yansın. Hazırda vəziyyət o dərəcədədir. Hər yerdə olduğu kimi Azərbaycanda da meşə yanğınları riski artıb. Təbii ki, əsas səbəb insan mənşəldiir. Amma son zamanlar görürsünüz ki yay ayları daha isti və quraq keçir. Qlobal iqlim dəyişiklikləri baş verir. Məsələn əvvəllər dağlarda az da olsa mütəmadi olaraq yağışlar yağırdı. Yağış olanda nəmlik çox olur, otlar, ağaclar islanır və yanğın riski minimuma enir. Təbii ki, hazırda quraqlıq və istilərin yüksəlməsi riskləri artırır. Ona görə də adekvat tədbirlər görülməldiir. Bizdə əvvəlki illərə nisbətən hazırlıq səviyyəsi artıb. Yaznğınsöndürənlərimiz daha peşəkar və hazırlıqlıdırlar. Əksər yerlərə müdaxilə imkanlarımız mövcuddur, texnikalarımız kifayət qədərdir. Amma bütün bunların üzərində daim işlənməlidir. Texniki təminat, eyni zamanda personalın sayı artırılmalıdır. Həmçinin riski artıran amillər nəzərə alınmaldıır.
Birinci risk amili təbii təhlükə ilə bağlıdırsa, ikinci risk amili hazırlıqsızlıqla bağlıdır. Təsəvvür edin ev 3 ballıq zəlzələyə dözməyəcək, eyni zamanda 8 ballıq zəlzələyə dözəcək səviyyədə inşa oluna bilər. Ona görə də bunu təhlükə+hazırlıq=Risk düsturu ilə izah edə bilərik”.

Toğrul İsmayıl: “Bunun sistemli provokasiya olduğu ehtimalı böyükdür”

Məsələnin digər tərəfi təxribat ehtimalları ilə bağlıdır. Təxribat nə üçün, hansı qüvvələr tərəindən yaradıla bilər?
Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl bildirdi ki, Türkiyənin çox böyük bölgəsini əhatə edən yanğınlar eyni anda baş verib: “100-dən çox yanğın nöqtəsi var. Təbii ki, Türkiyədə zaman zaman belə hadisələr baş verir. Bəzilərinin də səbəblərini açıqlamaq mümkündür. Amma bir mütəxəssis olaraq oturub hesabladığınız və statistikaya nəzər yetirdiyiniz zaman yanğınların eyni anda, çox geniş bölgədə bu şəkldə yayılması insanda şübhə doğurur, bunun sistemli provokasiya olduğu ehtimalını artırır. Bu Türkiyə rəhbərliyi tərəfindən də dilə gətirildi.
Təbii ki, hökumətin hazıqlıqlı olub olmaması məsələsini gündəmə gətirmək olar.
Amma düşünürəm ki, bu tipli hadisələr zamanı “necə oldu ki yandı” mövzusunu müzakirə etmək lazımdır. Təbii ki, bundan sonra ekologiyanı da hesablamalıyıq. Çünki havalar daha isti keçəcək, daha quraqlıq olacaq və.s. Hazırda hissi davranmaq, rəsmi açıqlama olmadıqca bunun kənar qüvvələr tərfindən törədilib-törədilmədiyini də demək istəmirəm. Çünki mütəxəssislər həmişə faktlara əsaslanırlar”.

Siyasi, etnik qarşıdurma yaratmaq cəhdləri

Ekspert əlavə etdi ki, saxlanılanlar var, araşdırmalar aparılır: “Yaxın zamanlarda bunun nəticələrini bilmək olar. Həqiqətən Türkiyədə meşələr kənar güclərin təsiri ilə yandırılıbsa bu ekoloji terrorun, ümumiyyətlə terrorun insanlıqdan nə qədər uzaq olduğunun göstəricisidir.
Üçüncüsü, hədəf nədir? Dünyanın müxtəlif ölkələrinin bir çox televiziyalarında Türkiyəyə qarşı mənfi fikirlər, açıqlamalar yer alır, müzakirələr aparılır. Bu cür provokativ hücumlar, sabotajların, o cümlədən yanğınların məqsədi ölkə daxilində qarışıqlıq yaratmaq, iqtisadi zərər vermək, maksimum şəkildə ölkənin başını daxili problemlərlə qatmaq, siyasi, etnik qarşıdurma yaratmaq, nifrət toxumu səpmək, ölkə daxilində çaxnaşma, təşviş yaratmaq, cəmiyyəti gərgin vəziyyətə gətirməkdir.
Amma işin içərisində kənar güclər varsa, bəzi terror qruplarından istifadə edilərək bu həyata keçirilirsə məqsəd təbii ki, bir ölkəni daxildən zəiflətmək, mübarizə əzmini qırmaq, cəmiyyəti qarışdırmaqdır.
İtaliyada, Rusiyada Azərbaycanda və digər yerlərdə yanğın xəbərləri gəlir.
Amma Türkiyədə eyni zamanda müxtəlif yerlərdə yanğın baş verməsi təbii fəlakətə bənzəmir. Digər ölkələrlə bağlı da demək olar ki, təbii fəlakətlə yanaşı sabotaj da ola bilər. İlk dəfə deyil, yanğınlar hər zaman çıxır. Həssas amil bunun arxasındakı məsələləri araşdırmaqdır. Saxlanılanlar var və araşdırmaların nəticələrini gözləmək lazımdır. Oxuculara demək olar ki, təbiətlə zarafat eləmək olmaz, təbiət bir gün öz qisasını alacaq. Uzun illərdir ki, beynəlxalq münasibətlərdə ekoloji təhlükəsizlik məsələləri gündəmdədir. Artıq ətraf mühit məsələsinə də qlobal təhlükəsizlik problemləri çərçivəsində baxmaq lazımdır. Əfsuslar olsun ki, məmurlar hər zaman alimləri dinləmirlər. Amma görünən odur ki, elm admalarını dinləmək lazımır...”.

Əli Zülfüqaroğlu