14 İyul 15:25
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
12 Avqust 2021 09:37
2 520
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Baharlı kənd sakinləri Hadı Xəlilov və oğlu, Gündüz Xəlilov saxlanılıblar.
Onların yaşadıqları fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədə yerləşən yarımtikilidən təmiz çəkisi 3 kiloqram 880 qram olan qurudulmuş marixuana və yaş çəkisi 50 kiloqramdan artıq olan kultivasiya yolu ilə yetişdirilmiş 94 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdam RPŞ-nin İstintaq Qrupunda araşdırmalar aparılır.
14 İyul 21:57
1 316
14 İyul 20:21
1 113
14 İyul 19:29
1 267