18 Avqust 2021 17:41
2 737
“Əfqanıstandakı hərbiçilərimiz üçün təhlükə müzakirə mövzusu deyil, onların təhlükəsizliyi üçün lazımı tədbirlər görülüb və bu təbirlərimiz davam edir”.
APA-nn yerli bürosunun Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbərinə görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar İstanbulda keçirilən “İDEF2021 15-ci beynəlxalq müdafiə sənayesi sərgisində bildirib.
Nazir deyib ki, Əfqanıstanda vəziyyət hər an dəyişə bilər, Türkiyə prosesi izləyir: “Hər hansı bir fərqli vəziyyət yaranarsa, lazım olan planı tətbiq etməyə hazırıq”.
H.Akarın sözlərinə görə, Türkiyə vətəndaşlarının bəzilərinin təxliyəsinə artıq başlanılıb “Təxliyə hava qüvvələrimizin təyyarələri ilə icra olunur”.
10:22
735
19 İyun 20:29
1 491
19 İyun 20:28
1 211