“Qaz ixracı və yaşıl enerji artırılır”
3 Mart 21:15
3 Mart 21:15
3 Mart 21:14
3 Mart 19:19
11 Oktyabr 2021 13:30
1 904
Azərbaycanda 18 Oktyabr qeyri-iş günü kimi qeyd edilməlidir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi haqqında müzakirələr zamanı deyib.
O qeyd edib ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün və 28 May - Müstəqillik Gününün bayram kimi qeyd edilməsi məsələsinə aydınlıq gətirmək lazımdır.
Deputat vurğulayıb ki, hazırkı qanunvericilik aktlarına görə, 18 Oktyabr iş günü, 28 May qeyri-iş günü kimi qeyd olunur: “Bu bayramlar arasında fərq qoyulmasını düzgün hesab etmirəm. 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün hər il dövlət bayramı kimi qeyd edilməsi ilə bağlı fərman var, amma bu günü qeyri-iş günü kimi qeyd etmirdik. Bunu bərpa etməliyik və 18 Oktyabrı da qeyri-iş günü kimi qeyd etməliyik".
Qeyd edək ki, yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün Müstəqillik Günü kimi qeyd edilməsi, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması nəzərdə tutulur.
3 Mart 20:20
1 127
3 Mart 19:46
1 141
3 Mart 18:24
1 190