“Razilaşmada hər hansı statusdan söz getmir”-politoloq Hadisə

“Razilaşmada hər hansı statusdan söz getmir”-politoloq

“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə "Dağlıq münaqişəsinin bitmədiyini və həllini" vurğulayıb. Amma, Paşinyan 10 noyabr Birgə Bəyannaməsində münaqişənin bitdiyini özündə əks etdirən müddəalara imza atıb. Həmin Bəyannamənin 7-ci bəndinə uyğun olaraq Azərbaycan vətəndaşları Xankəndi, Ağdərə və Xocavəndə qayıdır”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki,
Bəyannamənin 4-cu bəndinə əsasən silahali erməni birləşmələri Azərbaycan ərazilərini tərk edir: “9-cu bənd bütün kommunikasiyalar açılır. Məhz bu bəndələrə əsasən, münaqişənin bitdiyi özündə əks olunur. Münaqişə bitib ki, Paşinyan bu bəndələrə imza atıb. Və bu razilaşmada hər hansı bir statusdan söz getmir.
ABŞ, Fransa və Ermənistana ciddi xəbərdarlıq edilməlidir ki, məhz Paşinyanın imza atdığı sənəddə qeyd edilən bəndlər məhz münaqişənin bitdiyini özündə əks etdirir. Hazırda isə, Rusiya tərəfi prosesi uzadır və süni gərginliyin yaranmasında maraqlıdır.
Azərbaycan tərəfi məhz münaqişənin bitdiyini hüquqi olaraq obyektiv şəkildə bəyan edir. Sabah 4-cü bənd yerinə yetirilməyəcəksə, Ermənistan deyəcəksə, münaqişə bitməyib, Azərbaycan öz ərazisində anti-terror əməliyyatları keçirmək hüququna malikdir.
Qeyd edim ki, regiona gələcək Minsk qrupunun həmsədrlərinə Paşinyanın imza atdığı və münaqişənin bitdiyi və əməkdaşlığı özündə ehtiva edən 10 noyabr Birgə Bəyannaməsinin bəndələrini oxutmaq və izah etmək lazımdır ki, artıq münaqişədən danışmasınlar”.