 
                
                
                
             
                
                
                
            Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cəza dəyişir
Ermənistan MTX Eçmiədzində hərbi hissədə əməliyyat keçirir, yüksək rütbəli zabitlər saxlanılıb
Elxan Cəfərov: Son üç ildə dövlət sifarişi ilə ümumilikdə 71 film layihəsinin istehsalına başlanılıb
Zahid Oruc: “Real Ermənistan”ı tanıtdırmaq üçün ermənilər Bakıdan qərar gözləyir”
 14 Oktyabr  2021 15:32
14 Oktyabr  2021 15:32 2 891
2 891
Quba rayonunun Qrız Dəhnə kəndinin yamac hissəsində sürüşmə prosesi davam edir.
Bu barədə açıqlamasında Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov deyib.
Komissiya sədri bildirib ki, sürüşmə oktyabrın 13-də aktivləşib: "Hazırda 50 hektardan artıq ərazi sürüşüb. Proses aktiv olaraq qalır. Hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.
Sürüşmə kənddən 300-400 metr məsafədə baş verib. Kənddə təxminən 10-a yaxın ev var, onalrın da bir neçəsində yaşayış yoxdur. Qalan ailələrə də xəbərdarlıq olunub ki, bir müddət qohumlarının evində məskunlaşsınlar. Hazırda ərazidə sürüşmənin qarşısını almaq üçün tədbirlər görülür. Sürüşmə hələ ki əsasən biçənək sahəsində müşahidə olunur".
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    