Yaponiyanın mərkəzində güclü zəlzələ baş verib Dünya

Yaponiyanın mərkəzində güclü zəlzələ baş verib

Yaponiyanın mərkəzi hissəsində 5,6 maqnitudalı zəlzələ olub.

Xalqcebhesi.az xəbər verir ki, ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri Tokionun yaxınlığında, quruda yerləşib, ocağı isə 20 km dərinlikdə qeydə alınıb.

Yaponiya seysmik şkalasına əsasən, zəlzələyə 6 bal gücü təyin edilib – bu cür yeraltı təkanlar evlərin zədələnməsinə səbəb ola bilər. Zəlzələdən bir neçə saniyə əvvəl ümummilli xəbərdarlıq sistemi işə düşüb – yerli sakinlərin mobil telefonları səssiz rejimi ləğv edən sirena siqnalı verməyə başlayıb. Güclü yeraltı təkanlar Yaponiyanın paytaxt regionunda da hiss olunub – Tokioda mebellər yellənib, qab-qacaq yerə tökülüb. Təkanlardan sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqədən sonra xəbərdarlıq ləğv olunub.

Məryəm Quliyeva