İran qonşu ölkələrin hava məkanında İsrail təyyarələrinin uçuşuna qarşı xəbərdarlıq edib Gündəm

İran qonşu ölkələrin hava məkanında İsrail təyyarələrinin uçuşuna qarşı xəbərdarlıq edib

Tehran İsrail hərbi təyyarələrinin İslam Respublikası ilə qonşu olan ölkələrin hava məkanında görünməsinin mənfi fəsadları barədə xəbərdarlıq edib.

Xalqcebhesi.az -ın xəbərinə görə, İran ordusunun qərargahının bəyanatında bildirilir ki, ölkə bu cür hərəkətləri öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirir.

İraqın "Baghdad Today" xəbər portalının sitat gətirdiyi İran Silahlı Qüvvələrinin bəyanatında qeyd olunur ki, "bəzi qonşu ölkələrin hava məkanında İrana doğru hərəkət edən İsrail hərbi təyyarələrinin uçuşu və mövcudluğu təhlükəli addım və İslam Respublikasının təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək". İran hərbçiləri həmçinin bildiriblər ki, "əgər ABŞ İsrailə mane ola və ona nəzarət edə bilməsə", İran "özünə qarşı heç bir təhdidə dözməyəcək və bu təhlükəli addımlara cavab vermək hüququnu özündə saxlayır".

Məryəm Quliyeva