BƏƏ və İran xarici işlər nazirləri münaqişədən sonra ilk dəfə danışıblar Dünya

BƏƏ və İran xarici işlər nazirləri münaqişədən sonra ilk dəfə danışıblar

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri şeyx Abdulla bin Zayed Al Nəhyan Fars körfəzində münaqişə başlayandan bəri ilk dəfə iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı aparıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda qeyd olunduğu kimi, Əmirliklərin diplomatiya rəhbəri Əraqçının zəngini qəbul edib və bundan sonra tərəflər ABŞ ilə İran arasında anlaşma memorandumunun imzalanması fonunda regiondakı vəziyyətin inkişafını müzakirə ediblər. Şeyx Abdulla bin Zayed Al Nəhyan "sazişin bəndlərinə tam əməl olunmasının vacibliyini" vurğulayıb. BƏƏ XİN başçısı qeyd edib ki, "ciddi diplomatiya və məsuliyyətli dialoq bütün regional və beynəlxalq böhranların nizamlanması üçün ən optimal yoldur".

BƏƏ və İranın xarici işlər nazirləri arasında baş tutan bu telefon danışığı Fars körfəzi zonasında münaqişə başlayandan bəri ilk addımdır. İyun ayında Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılmasına yönəlmiş anlaşma memorandumu imzalayıblar.

Məryəm Quliyeva