
İran İsrailin hərbi planlarına qarşı xəbərdarlıq edib
15 İyul 17:09
15 İyul 17:09
15 İyul 16:27
15 İyul 15:43
15 İyul 12:33
Ölümcül Menkes xəstəliyindən əziyyət çəkən Çindən olan oğlanın atası onun üçün dərman yaradıb.
Bu barədə "South China Morning Post" qəzeti xəbər verib.
Menkes xəstəliyi böyümənin ləngiməsinə, sinir sistemindəki pozğunluqlara və saçların xarakterik qıvrılmasına səbəb olan ölümcül xəstəlikdir.
Syu Vey adlı kişi oğlunun Menkes xəstəliyi haqqında öyrəndikdən sonra, tək başına eksperimental dərman - histidin mis amin turşusunu sintez edə bilib. Dərman haqqında Syu Vey internet tərcüməçisi vasitəsilə Amerika araşdırma jurnallarını oxuyaraq öyrənib.
Yalnız orta təhsili olan S.Vey əczaçılıq məhsulları istehsal etməyi və keyfiyyətə nəzarət etməyi öyrənməsinə imkan verən dövlət universitet kurslarına yazılıb.
Əvvəlcə siçovullarda, sonra da özündə dərmanı sınayan ata onu oğluna vurdu. Xəstəxanada aparılan müayinə, dərmanın uşağa kömək etdiyini göstərib.