KİVDF-dən qəzetlər üçün müsabiqə Hadisə

KİVDF-dən qəzetlər üçün müsabiqə

Fevralın 13-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.
İclasda 2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə balı müsabiqə elanının müzakirəsi və
cari məsələlər müzakirə olunub.
Fondun icraçı direktoru Vüqar Səfərli Fondun büdcəsində KİV layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait barədə məlumat verib.
Bundan sonra müzakirəyə başlayan Müşahidə Şurasının üzvləri 2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin konsepsiyada nəzərdə tutulmuş 19 istiqamət üzrə elan olunması barədə qərar veriblər.
Qərara əsasən, müsabiqəyə sənəd təqdim etmək üçün mövcud olan şərtlər dəyişilməz saxlanılıb.
Müşahidə Şurasının üzvləri cari məsələlər bölümündə "2014-cü il Novruz bayramı münasibəti ilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi"nin qaliblərinin mükafatlandırılması mərasiminin keçirilməsi barədə də müzakirələr aparıblar.

KİV layihələrinin maliyyələşdirilməsi

1.Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.
2.Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.
3.İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması.
4. İctimai və dövlət maraqlarının müdafiəsi.
5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.
6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.
7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması.
8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin elm və mədəniyyətinin təbliği
9. Azərbaycançılıq ideyasının təbliği.
10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.
11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.
12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi.
13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.
14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.
15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
16. Elm və təhsilin inkişaf etdirilməsi.
17. Ekologiya və ətraf mühitin mühafizəsi.
18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.
19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:

- Müsabiqə elan olunan günədək son 3 ildə müntəzəm nəşr olunan, dövrüliyi həftədə 1 dəfədən və tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.

Aşatıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:

- Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar şaqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
- Barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;
- Əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;
- Təsisçisi dini qurumlar və dini icmalar olanlar;
- Xarici dövlətlərin şüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin şüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;
- Xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşatı qiymətlərlə çap məşsulu yayanlar;
- Təsisçiləri dövlət orqanları olanlar;

Maliyyə yardımının şərtləri:

- Layihə təklifi müsabiqə istiqamətlərindən birinə uytun olmalıdır;
- Ərizə forması, layişə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.
- Hər layişə üçün maksimum məblət 30.000 (otuz min) manat müəyyən edilmişdir.
- Hər KİV bir layişə təqdim edə bilər.
Sənədlərin qəbulu mart ayının 13-dən başlayır 28-də başa çatır. Sənədlər rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.
Müsabiqə ilə bağlı əlavə məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən əldə etmək olar.
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529-cu məhəllə.
Azərbaycan Mətbuat Evi 3-cü mərtəbə.
Telefon: 537 19 45; 537 19 41
[email protected], [email protected]