Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirmək niyyətindədir
Türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Husilər strateji boğaz üzərində tam nəzarəti ələ keçirdiklərini bildirdilər
25 Noyabr 2021 17:27
4 578
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşıllaşdırılması ilə bağlı istifadəyə verilmiş bir neçə qəsəbədə müvəqqəti məskunlaşmış köçkünlərin qazanxananın fəaliyyət göstərmədiyi ilə bağlı şikayətinə aydınlıq gətirib.
Komitədən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il 1206 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Bu məbləğ təbii qaz, elektrik enerjisi, istilik, su və məişət tullantıları ilə bağlı xərclərin məcburi köçkünlər tərəfindən ödənilməsi üçün nəzərdə tutulub. Qazanxanaların fəaliyyətində yaranmış fasilələr və gecikmələr məcburi köçkünlərin isti su və istilik təchizatına görə ödənişləri vaxtında ödəməməsi ilə bağlıdır.
Hazırda bir neçə qəsəbədə istilik və isti su ilə təmin edən qazanxanalarda qış mövsümü ilə əlaqədar olaraq, son tamamlama işləri aparılır və qarşıdakı günlərdə işə salınması gözlənilir.