Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirmək niyyətindədir
Türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Husilər strateji boğaz üzərində tam nəzarəti ələ keçirdiklərini bildirdilər
10:45
721
Pakistanın Baş naziri Şahbaz Şərif Məkkəyə dron hücumu cəhdini kəskin pisləyib və Səudiyyə Ərəbistanına tam dəstəyini ifadə edib
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan hökumətinin rəhbəri "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Müqəddəs Məkkə şəhərinə alçaqcasına edilən dron hücumu cəhdini en kəskin şəkildə pisləyirəm. Pakistan xalqı bu biabırçı hərəkətdən dərin kədər və qəzəb duyur. Bu qınanılası və bağışlanmaz əməlin bizdə yaratdığı ağrı və kədərin dərinliyini ifadə etməyə söz tapmaq mümkün deyil", - deyə o qeyd edib.
Şərif, həmçinin Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinə sayıqlıqlarına, şücaətlərinə və peşəkarlıqlarına görə minnətdarlığını bildirərək onların operativ addımlarını xüsusi vurğulayıb.
Pakistanın Baş naziri bir daha bütün tərəfləri maksimal təmkin göstərməyə və gərginliyin daha da artmasına yol verməməyə çağırıb: "Regionumuz artıq münaqişələrdən həddindən artıq əziyyət çəkib. Dialoq və diplomatiya sülhə aparan yeganə dayanıqlı yol olaraq qalır. Pakistan öz suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə sarsılmaz şəkildə çiyin-çiyinə durur".
Bir qədər əvvəl Səudiyyə Ərəbistanı öz qüvvələrinin Məkkə ətrafında husilərə məxsus dronu vurduğunu bəyan etmişdi. Husilər isə İslam müqəddəsatlarını təhdid etmək niyyətində olduqlarını təkzib edərək, hədəflərinin Səudiyyənin neft obyektləri və hərbi bazaları olduğunu iddia edirlər.
Məryəm Quliyeva