Polşa Ukraynaya "Patriot" üçün bir neçə raket təhvil verəcək Gündəm

Polşa Ukraynaya "Patriot" üçün bir neçə raket təhvil verəcək

Varşava yeni hərbi yardım paketində Kiyevə "Patriot" kompleksləri üçün raketlər göndərəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Rzeczpospolita" qəzeti hökumət və hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Polşa Ukrayna Silahlı Qüvvələrinə bir neçə belə raket göndərəcək. Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının rəisi general İreneuş Novak nəşrə bildirib ki, söhbət kütləvi tədarükdən getmir. Özlüyündə Polşa Müdafiə Nazirliyi qəzetin nəşrini nə təkzib, nə də təsdiq edib. Nazirlik yardım paketi haqqında ətraflı məlumat dərc etməyi planlaşdırmadığını dəqiqləşdirib.

Hazırda Polşa hakimiyyəti Ukraynaya 50-ci hərbi yardım paketini təşkil edir. Varşavanın 2022-ci ildən bəri Kiyevə verdiyi bütün silah paketlərinin ümumi dəyəri təxminən 5 milyard dollar təşkil edir. 2026-cı ilin yayında Polşada NATO-nun ümumi yardım paketi çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə "Patriot" sistemləri üçün bir neçə raketin verilməsi ətrafında qalmaqal alovlanmışdı. O zaman müxalifət hakimiyyəti respublikanın təhlükəsizliyinə zərər vurmaqda ittiham etmişdi.

Məryəm Quliyeva