Metropolitendə mikroiqlim şəraiti yaxşılaşdırılır Hadisə

Metropolitendə mikroiqlim şəraiti yaxşılaşdırılır

Metropolitendə mikroiqlim şəraitinin müasir tələblərin səviyyəsinə qaldırılması baxımından əhəmiyyətli tədbirlər davam etdirilir.

Trend-in məlumatına görə, bunu Bakı metropoliteninin Elektromexaniki xidmətinin rəisi Nüsrət İbrahimov deyib o bildirib ki, son 5 il ərzində həyata keçirilən silsilə tədbirlər müsbət nəticələr verməkdədir. Bunu əldə olunmuş ölçmələrin və aparılan müşahidələrin nəticələri də əyani təsdiq edir.

"Həyata keçirilən tədbirlərin müsbət nəticələri texnoloji yeniliklər və yeni idarəetmə prinsipləri sayəsində əldə olunub.

İlk növbədə, 2018-ci ildə güclü ventilyatorların iş qrafikinin dəyişdirilməsi qeyd olunmalıdır. Yeni qrafiklə əvvəlki stereotiplər ləğv olunub. İş qrafiki il ərzində iki dəfə deyil, hər fəslin tələbinə uyğun qurulur. Lakin fəsillər daxilində belə ventilyatorların iş qrafikinin monitorinqləri davam etdirilir və mümkün dəyişikliklər diqqətdə saxlanılır.

İkinci vacib məsələ yeni güclü ventilyatorların tətbiqidir. 2019-cu ildə 7 və 2020-2021-ci illərdə, pandemiyanın çətinliklərinə baxmayaraq, daha 10 ventilyatorun quraşdırılması bu mənada xüsusi təkanverici qüvvə olub. Yeni havalandırma avadanlığı müasir və gələcək dövrün tələblərinə uyğun olaraq, 2-3 dəfə güclüdür. Onların iş prinsipləri, ilk növbədə, yanğın təhlükəsizliyinin ən optimal tələblərinə cavab verir. Mərkəzdən idarəetmə prinsiplərinin tətbiqi isə səmərə və əmək məhsuldarlığına əsaslı şəkildə yeni baxış gətirib.
Üçüncü vacib yenilik dempferlərin quraşdırılmasıdır. Tunel və stansiyaların məcburi və təbii havalandırılmasının effektivliyini artırmaq və maksimum səmərəyə nail olmaq üçün son iki il ərzində ventilyatorlarla yanaşı, dempferlərin tətbiq edildiyi stansiya və tunellərdə hava axınına nəzarətin, səmərəsinin artırılmasına və optimallaşdırılmasına başlanılıb. Bu xüsusda aparıcı dünya şirkətlərinin məhsullarının texniki detalları öyrənilib. Nəticədə, Avstriyanın SIROCCO şirkətinin avtomatik idarəetmə sistemləri ilə proqramlaşdırılan 9 dempfer quraşdırılıb. Müqayisə üçün qeyd edək ki, yeni - Bənövşəyi xətdə havalandırma imkanlarının maksimal tələblər səviyyəsində qurulmasında quraşdırlmış 93 dempferin də xüsusi rolu var",- deyə N.Abdullayev bildirib.

Xidmət rəisi deyib ki, qeyd edilən yeniliklər nəticəsində dəyişikliklər aparılan mənzillərdə mikroiqlim şəraitinin bir qədər də yaxşılaşdırılmasına nail olunub:

"Ümumən, 2019-cu ilin yay ayları ilə müqayisəli təhlillərə əsasən, 2021-ci ilin analoji dövründə metropolitenin stansiya, tunel və qatarlarında 1-20C, yeniliklərin tətbiq edildiyi sahələrdə isə 3-40C-yə qədər dəyişikliklər hiss olunmaqdadır. Statistik göstəricilərə əsasən, 2021-ci ilin yayında qeydə alınan ən yüksək hərarət “Neftçilər” stansiyasında 280C olubsa, 2019-cu ildə eyni məkanda bu rəqəm 30,50C, 2018-ci ildə 32,20C təşkil edib. “Qara Qarayev” stansiyasında isə 2019-cu ildə ən yüksək hərarət 30,60C, 2018-ci ildə 32,30C qeydə alınıb. Həmin dövrdə iyul ayı üzrə orta statistik hərarət 290C-dən yuxarı qeydə alınmışdısa, yeni ventilyatorlar və dempferlər tətbiq edildikdən sonra orta temperatur göstəricisi 260C təşkil edib.

Bu nəticələri, ay ərzində iki dəfə metropoliten infrastrukturunu yoxlayan çoxfunksiyalı diaqnostika kompleksi də əyani təsdiq edir. Qeyd edək ki, meropolitendə müvafiq ölçmələr mikroiqlim laboratoriyası tərəfindən müntəzəm olaraq aparılır. Havanın hərarəti ilə yanaşı, rütubət, tozluluq, oksigenin miqdarı və s. parametrlər üzrə müntəzəm yoxlamalar təmin edilir, müqayisəli təhlillər aparılır və nəticələr çıxarılır.

Araşdırmalar 2022-2023-cü illər ərzində davamlı aparılaraq, optimallaşdırma istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılacaq".