Şah İsmayıl Xətayinin müasiri – Qurbani Mədəniyyət

Şah İsmayıl Xətayinin müasiri – Qurbani

Qurbani Şah İsmayıl Xətayinin ölümünə bir neçə şeir həsr edib

I yazı

Şah İsmayıl Xətayinin müasiri, onun fəaliyyət göstərdiyi tarixi-ictimai-siyasi və ədəbi mühitdə yaşayan Qurban Mir¬zəlixan oğlu aşıq şeirini yeni mərhələyə qaldıran qüdrətli saz və söz ustası olub. Əsərləri vaxtında yazıya alın¬madı¬ğın¬dan həyatı haqqında çox az məlumat var, ədəbi irsinin ço¬xu bizə gəlib çatmayıb. Ancaq bunlara baxmayaraq hə¬ya¬¬tı haq¬qında məlumat almaq üçün əldə olan ən tutarlı mən¬bə haq¬qındakı rəvayət və dastanlar və onun dillər əzbəri olan lirik şeirləridir.
Məlumdur ki, Qurbani Şah İsmayıl Xətayinin ölümünə bir neçə şeir həsr edib. Onun "Ola" rədifli şeiri Şahın öl¬mə¬sindən doğan kədəri əks etdirir. Şeirdən aydın olur ki, aşıq özü də bu dəfn mərasimində iştirak edib, dərin sarsıntı ke¬çirib.
Fələk, sənlə vuruşmağa bir qabil meydan ola,
Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.
Getmiş idim mürşüdümə, dərdimə dava qıla,
Mən nə bilim mən gəlincə xak ilə yeksan ola.

O Şahın kəlmeyi-kəlamın zikr etmək gərək,
Tabutu sərv ağacından, kəfəni yarpaq gərək,
Tez yuyun, tez götürün ki, məzara çatmaq gərək,
Bir-ilahım, necə qıydın bir belə cavan ölə.
Ey könlüm, geygilən qarayı, xandan eləmə,
Bir-ilahi, böyük xanədanı viran eləmə,
Haq-taaladan səda gəldi; Qurbani, çox qəm yemə,
Heç ola bilməz Xanədani-Şəfi viran ola.
Göründüyü kimi, Qurbani Şaha şikayətə getdiyi ərəfədə şah ölüb, aşıq da bundan kədərlənib, könlü qara geyib, ilahidən diləyib ki, Xanədani-Şəfi viran olmasın. Qurbani Şah İsmayılın ölümü haqqında maddeyi-tarixdə yazıb:
Əzabdan yüz üç keçəndə
Əcəl camın içdi şahım.
Bu dünyadan köçdü şahım.
"Əzab" deməklə şair Nəsiminin ölümünə işarə edir, çün¬ki Şah İsmayılın "dünyadan köçdüyü" tarixdən 103 il çıx¬dıq¬da bu, Nəsiminin öldürülməsi ilinə müvafiq gəlir (M.H.Təh¬ma¬sib).
Qurbaninin "Gərək" rədifli divanisində də tarixi faktlar var. O, şahın ölümündən sonra xanədanda baş verən "şər`i", "rüşvət"i kəskin tənqid edərək "Pirim girib ol niqaba, getməyəydi cavan gərək..." - deyir. Şeirin sonunda isə belə bir misra işlədir: "Yaşı yetirdin əlliyə, indi üz tut yüzə sən". Deməli, Şah İsmayıl Xətai (1486-1524) vəfat ona mərsiyə yazan Qurbaninin 50 yaşı tamam olubmuş. Buradan aydın olur ki, Qurbani 1474-cü ildə anadan olub.
İsmim Qurbanidir, kəndim Diridi,
Qaradağdan Qarabağa gedirəm.
Beləliklə, məlum olur ki, Qaradağ mahalının Diri oba¬sın¬dan olan (sonralar Qarabağ mahalına verilib) Qur¬bani Mirzəlixan oğlu yoxsullaşmış bəy ailəsində tərbiyə al¬ıb, ərəb, fars dillərini öyrənib, zəmanəsinin tələb etdiyi bə¬zi elm¬¬lərə yiyələnib, dini qanunlara, təriqətlərə bələd olub.
Qurbaninin yaşadığı XV əsrin son rübü, XVI əsrin əv¬vəl¬ləri Azərbaycanda və ümumən Yaxın Şərqdə gedən aramsız müharibələr, siyasi mübarizələr, bu müharibə və müba¬ri¬zə¬lər¬də başlıca rol oynayan təriqətlər, müxtəlif meylli ictimai-siyasi görüşlər, fəlsəfi cərəyanlar Azərbaycan xalqının ictimai və mədəni təkamülünə təsirsiz qalmırdı. Bir tərəfdən azər¬bay¬candilli söz sənəti, milli bədii təfəkkür yüksək inkişaf edir, baş¬qa tərəfdən, dini təriqətlər arasında gedən çarpışmalar qa¬baq¬cıl bəşəri ideyalara, azad düşüncələrə sədd çəkir, mane olurdu.
Dövrünün bəzi sənətkarları kimi, Qurbani də belə bir keş¬məkeşli dövrdə Azərbaycanın və Şərqin bir sıra mahal və şəhərlərini (Qarabağ, Rum, Qars, Təbriz, İsfahan, Gəncə. Bərdə və b.) gəzmiş, məclislərdə, mərasimlərdə olmuş, müx¬tə¬lif adamlarla rastlaşıb, Nəsiminin panteist görüşləri ilə səs¬ləşən, çox müəmmalı və incə mətləblərə toxunan şeirlər oxu¬yub. "Qurbani əsatiri, xurafatı, dini ehkamları, əfsanə¬ləri, təriqət rumuzatını, şiə qanun-qaydalarını mükəmməl bilən şəxsiyyət" olub.
Qurbani ədəbi irsinin yazıya alınması hələlik XVIII əsrə təsadüf edir. "Cəbinin təcəlla, camalın günəş" misrası ilə başlayan şeiri 1775-ci ilə aid cüngə daxil edilib və bundan sonra XVIII, XIX və XX əsrin əvvəllərində tərtib edilmiş cünglərdə Qurbaninin şeirlərindən nümunələr verilib.
Qurbani haqqında ilk məqaləni S.Mümtaz yazıb. "El şairi Qurban" adlı həmin məqalədə S.Mümtaz Qurbaninin Şah İsmayıla həsr etdiyi məşhur "Mənim" rədifli şikayət¬na¬məsinə, "Dedim-dedi", "Bənövşə" və başqa şeirlərinə əsasla¬na¬raq həyatına dair mülahizələr söyləyib, Qurbaninin ger¬çək¬¬dən də qüdrətli və kamil bir sənətkar olduğu qənaətinə gəl¬ib. Akademik H.Araslı "Aşıq yaradıcılığı" əsərində Qur¬baninin yaradıcılığından ayrıca bəhs edib, prof. M.H.Təh¬¬masib isə "Azərbaycan xalq dastanları" mono¬qrafi¬yasında aşığın yaradıcılığından, Qurbani dastanlarının ayrı-ay¬rı variantlarından ətraflı danışıb. Akademik M.İbra¬hi¬mov "Aşıq yaradıcılığında realizm" əsərində, V.Vəliyev "Azər¬¬¬bay¬can folkloru", P.Əfəndiyev "Azərbaycan şifahi xalq ədəbiyyatı, A.Nəbiyev "Azərbaycan xalq ədəbiyyatı" dərslik¬lə¬rində Qurbani lirikasının mövzusundan və bədii xüsusiy¬yətlərindən bəhs ediblər. Müxtəlif illərdə S.Mümtaz ("El şair¬ləri" - 1927), S.Rüstəm və M.Rahim ("Aşıqlar" - 1938), S.Axundov ("Aşıqlar" - 1957, 1960), H.Arif, İ.Tapdıq, M.Hə¬ki¬¬mov və b. tərtib etdikləri kitablara Qurbaninin şeir¬lə¬rindən də nümunələr daxil ediblər. Nəhayət, prof. A.Dadaş¬zadə Qurbaninin ilk dəfə 55 şeirini ayrıca toplu halında çap etdirib, kitaba yazdığı dəyərli ön sözdə aşığın şeirləri haq¬qın¬da maraqlı mülahizələr söyləyib. Ə.Axundovun tərtib etdiyi ikicildlik "Azərbaycan aşıqları və el şairləri" kitabı da Qurbaninin şeirləri ilə açılır. Aşığın doğulduğu, yaşadığı ye¬rin, nəslinin müəyyənləşdirilməsi sahəsində Q.Kazımov xeyli iş görüb, maraqlı nəticələr əldə edib.
Qurbani haqqında da yazılı mənbələr çox az məlumat ver¬diyinə görə onun tərcümeyi-halı haqqında əsas faktları şeirlə¬rin¬dən və haqqındakı dastandan almaq mümkündür. Araş¬¬dırmalar göstərir ki, Qurbani bir müddət Gəncə şəhə¬rində də yaşayıb, Şeyx Nizaminin türbəsini ziyarət edib, Dədə Yediyar və Aşıq Heydərlə görüşüb qabaqlaşıb. İti hafizəsi və orta əsr elmlərinə, müxtəlif təriqət qanunlarına də¬¬rindən bələd ol¬ması ona burada böyük hörmət qazan¬dırıb, saray hakimlə¬ri¬nin də diqqətini özünə cəlb edib. Bir müddət sonra aşıq "çu¬ğul sözü ilə böhtana düşüb", Gən¬cə xanının vəziri tərəfin¬dən həbs olunub, ölüm hökmünə məruz qalıb. "Çərxi-fə¬lək¬dən, zəmanədən, dövrün zül¬mündən" dönə-dönə şikayətlənən el şairi əsil səbəbkara – Gəncə vəzi¬rinə qarğışlar yağdırır:
Vəzir, sənə qarğayıram,
Haqq diləyin yetirməsin,
Göydən min bir bəla ensə,
Birin səndən ötürməsin.

Oturubsan ağ otaqda,
Qan qusasan laxta-laxta,
Səni görüm ölən vaxtda,
Dilin kəlmə gətirməsin
Nəhayət, Qurbaniyə kəsilmiş ölüm hökmü sürgünlə əvəz edilir. El şairi Qarabağdan sürgün edilir, "qolubağlı Xuda¬fərin körpüsündən keçirilir" və beləliklə, 11 il gəzərgi hə¬yat keçirməli olur. Qurbaninin məramı Şah İsmayıl Xətainin yanına getmək, onunla görüşüb başına gələnləri ona da¬nış¬maq olub. Bu məqsədlə də o, yollar arayıb, şahın adına şikayət tərzli şeirlər yazıb:
Farağat evimdə otduğum yerdə,
Oxuyub elmimə çatdığım yerdə,
Bir şirin yuxuda yatdığım yerdə,
Verdilər ömrümü bada, gəlmişəm.
Qurbani dönə-dönə şaha şeir yazıb görüşməyə cəhd göstərsə də, buna nail ola bilməyib. O, hətta Şıx oğlunun meh¬tərinə müraciət edib, bir müddət onun yanında qalmış və görüş üçün məqam gözləyib. Lakin şahın qəfil ölümü onun bu arzusunu ürəyində qoyub. Bu hadisədən kədər¬lə¬nən Qurbani yuxarıda xatırladığımız məşhur divanisini söy¬¬ləyib. On bir il sürgün həyatı keçirsə də, Qurbani heç vaxt ümidini üzməmiş, gələcəyə inam bəsləyib və bu inam onun şeirlərinə nikbin ruh gətirib:
Qəm yemə, qəm yemə, divanə könlüm,
Həmişə ruzigar belə dar olmaz.
On bir il çəkmişəm zimistan qəhrin,
O nə güldür çevrəsindən xar olmaz.
Qurbaninin tutulub sürgün edilməsinin səbəbi kimi üç ehtimal irəli sürmək mümkündür:
1. Qurbani Gəncə hakimlərinin birinin qızı ilə rastlaşıb, onu məclislərdə Pəri adı ilə vəsf edib, bu sevginin sorağı saraya çatıb, sarayın baş vəziri qəzəblənib Qurbaniyə ağır cəza tələb edib;
2. Qurbani çuğul-kəzzab sözü ilə bizə bəlli olmayan səbə¬bə görə baş vəzirin toruna düşüb sürgün edilib;
3. Nəsiminin sufi-hürufi görüşləri ilə səsləşən şeirlər oxu¬duğuna görə şəriət məddahları onu vəzirin əli ilə ağır cəzalan¬dırmağı tələb ediblər.
Qurbaninin hər üç fərziyyəni doğrulda bilən kifayət qə¬dər şeirləri var. Birinci ehtimal əsasında sonralar das¬tan¬çı aşıq¬lar bir neçə variantda məhəbbət dastanı yaratmışlar ki, aşığın şeirlərinin əksəriyyətini bu süjetə uyğunlaş¬dırıblar. Aşığın xələfləri ikinci, üçüncü fərziyyəyə dair şeirləri məhəb¬bət moti¬vinə uyğunlaşdırmağa çalışsalar da, bu şeirlərdə aşı¬ğın həyat yoluna dair ağlabatan dəlillərin yalnız izi qalıb.
Qurbaninin şeirlərində həm Nəsiminin poetik təfəkkürü, həm də ümumiyyətlə, orta əsr təriqət ədəbiyyatının əlamətləri xalq təfəkkürünə məxsus aydın şəkildə duyulur:
Laməkan şəhrindən gəldim cana mən,
Canlar əhli bir canana yetişdim,
Əldən-ələ, qabdan-qaba süzüldüm,
Qətrə idim, bir ümmana yetişdim.

Bir gözəlin ələyindən ələndim,
Bəli dedim, bəlasına bələndim,
Yeri, göyü yaradandan diləndim,
Gövhəri axtardım, kana yetişdim.
Vücudnamə mündəricəli bu üç bəndlik şeirdən də görü¬nür ki, aşıq sufi və hürufi təriqətlərinin humanist mahiyyətini dərk edib, hətta bu təriqətləri özünə "yol-ərkan" bilib. El şairinin vəsf etdiyi sevgi də, təbiətin rəngləri də, kainat, səma cisimləri də onun mənəvi dünyasında rəmzi məna daşıyır:
Rəmz anlayan, söz düşünən, dərd bilən,
Aləmlərdə şöhrətləni, bəlləni.
Qurbani ərəb əlifbası ilə bağlı təsvirdə rəmzi mənanı ci¬nas qafiyələrlə ardıcıl və sistemli şəkildə ustalıqla canlandırır:
Əlif qəddin, bey qamətin, sey saçın,
Necə bənzər hərf içində bir dala.
Şairin təcnislərdə işlətdiyi ərəb-fars tərkibli cinaslardan məlum olur ki, o, bu dillərdən məharətlə istifadə edib.
M.H.Təhmasibin qeyd etdiyi kimi, Qurbaninin belə şeir¬lərini təsadüfi hesab etmək olmaz. Çünki orta əsr təriqət ədə¬biyyatını, həmçinin sufi-hürufi ideyalarını və Nəsimi məs¬ləkini bu dövrün nəinki Azərbaycan ozanları, hətta erməni qusanları da mənimsəyib geniş təbliğ edirdilər. Şah İsmayıl özü də sufi-hürufi təriqətinə qail olduğundan Qurbani ona böyük ümid bəsləyib, bu ümidlə də ona tez-tez müraciət edib:
Gəncə dağlarından, uzaq ellərdən,
Əlbəttə ki, bir murada gəlmişəm.
Zülmün sitəmindən, çərxin əlindən,
Bir şahım var, ona dada gəlmişəm.
...Qurbaniyəm, Qara Vəzir əlindən,
Şeyxoğluna şikayətə gəlmişəm.
Qurbaninin şeirlərində dövrün, ictimai quruluşun səciy¬yəsi aydın nəzərə çarpır. O, feodal mühitinin təzadlarını us¬ta¬lıq¬la əks etdirirdi. Bu təzadları onun "Gülərmiş" rədifli qoş¬masında da aydın görürük:
Baxgilən fələyin ruzigarına,
Əyyam xoş keçəndə dövran gülərmiş.
Bəhrəli çağlarda, məhsul ayında
Bağı bar verəndə bağban gülərmiş.

Qurbani, qəmlənmə, kərəm-kanı var,
Ədalət hakimin haq divanı var.
Bu çərxi-fələyin nərdibanı var,
Enən ağlayarmış, qalxan gülərmiş.
El şairi ictimai bərabərsizliyi, cəmiyyətdəki feodal təbə¬qələşməsini də sadə və aydın şəkildə ifadə edib.
Kimi ağa, kimi nökər,
Nökər olan cəfa çəkər.
Aşığın "Gülə-gülə" gəraylısında yüksək poetik ustalıq var¬. Aşıqların ifasında çox geniş yayılan və gözəl səslənən bu şeir böyük sadəlik, axıcılıq və emosionallığı ilə diqqəti cəlb edir. Zəhməti insanın mənəvi ucalığı hesab edən şair deyir:
Naşı bağban, satma gülü,
Haramdı axçası, pulu,
Küsdürdün şeyda bülbülü
Daha gəlməz gülə-gülə.



Qara Namazov
professor