3 İyul 12:09
3 İyul 11:15
Tramp: Xameneinin dəfni səbəbindən İrana danışıqlarda bir həftəlik fasilə verdik
“Rəqəmsallaşma nə qədər sürətlənirsə, kibertəhlükəsizlik bir o qədər kritik olur”
“Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirib”
Macarıstan Aİ-nin Ukrayna ilə növbəti danışıqlar mərhələsinə razılıq verib
27 Fevral 2024 15:33
7 539
Yazın gəlişini bildirən Novruz bayramı ərəfəsində Heydər Əliyev Mərkəzində əlvan rənglərlə bol olan bahar təravətli ekspozisiya təqdim ediləcək.
Trend xəbər verir ki, martın 17-də Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılacaq.
Özbəkistan mədəniyyətinin və incəsənətinin inkişafı Fondu ilə birgə keçirilən sərgidə bu ölkənin muzey toplusundan olan 148-dən çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdiriləcək. Sərgi XIX əsrin sonu-XX əsrin əvvəlində Özbəkistanın mədəni-tarixi irsinə və milli geyimlərinə həsr olunub.
Sərgi bir neçə bölmədən ibarət olacaq: kişilərin milli geyiminin əsas elementi olan qızıl naxışlı çapanlar (uzun üst geyimi) bölməsi, Daşkənd, Cizax, Səmərqənd, Şəhrisəbz, Nurata və Buxara kimi şəhərlərdən əl ilə işlənmiş dekorativ tekstil - suzaninin nümunələrinin nümayiş olunacağı tikmə bölməsi, Səmərqənd, Buxara və Qaraqalpaqstandan olan qədim ustaların gümüş, firuzə və digər qiymətli daşlardan hazırladıqları zərgərlik nümunələri bölməsi.
Sərgi XIX-XX əsrin əvvəlində Özbəkistana xas olan sənətkarlığın dirçəlişini əks etdirir. Qeyd edək ki, buxaranın qızıl tikmələri hər zaman Özbəkistanda digər sənət növləri arasında xüsusi yer tutub.
1 İyul 23:23
2 163
1 İyul 10:03
1 869
30 İyun 16:30
2 191