Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
5 Avqust 2024 14:01
7 322
Türkiyənin Antalya şəhərində qardaş ölkədə fəaliyyət göstərən “Saküder” Beynəlxalq Sənət və Sənətkarlar Birliyi Dərnəyinin yaranmasının 20-ci ildönümü münasibətilə Beynəlxalq İncəsənət Görüşü Rəsm Sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Antalya Muzeyinin sənət qalereyasında təşkil edilib.
Türkiyə, Azərbaycan, Rusiya, Ukraynadan olan rəssamların əsərlərinin nümayiş olunduğu sərgidə ölkəmizi Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov, rəssamlar Günəş Abbas, Anar Hüseynzadə, Bənövşə Ağayeva, Sevda Rüstəmova və Təranə Qəmərlinskaya təmsil edir.
Tədbirin açılış mərasimində çıxış edən “Saküder”in rəhbəri Ali Eser incəsənətin həyatımızdakı rolundan danışıb, xüsusilə Türk dünyası rəssamlarının mədəniyyətimizin dünyada birgə tanıdılması və təbliğindəki rolunu qeyd edib.
Sərginin açılışında “2024-cü il sənət” mükafatının təqdimetmə mərasimi də keçirilib.
Mükafata layiq görülən türkiyəli rəssam Nərmin Ünal çıxışı zamanı müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rəhim Məmmədova xüsusi təşəkkürünü ifadə edib.
Avqustun 15-dək davam edəcək sərgidə ümumilikdə 24 rəssamın əsərləri nümayiş olunur.
11 Sentyabr 12:18
1 323
11 Sentyabr 11:07
1 323
11 Sentyabr 10:27
1 288