Vyanada dələduzluqla mübarizə üzrə qlobal sammit işə başlayıb
“Rusiyanın müvafiq dövlət orqanları ilə iş aparılmalıdır”-millət vəkili
Millinin baş məşqçisi: Ağırlıqqaldırmada möcüzə olmur, nəticəni qaldırılan çəki müəyyənləşdirir
NBA: “Qolden Steyt Uorriors”un beş oyunluq uğursuz seriyası başa çatıb
4 Dekabr 2024 00:14
8 519
Dekabrın 3-ü Heydər Əliyev Mərkəzində “Azərbaycan Atabəyləri” sənədli filminin qala gecəsi baş tutub.
Xalqcebhesi.az xəbər verir ki, filmin təqdimat mərasimində Fəxrəddin Manafov, Mehriban Zəki, Tural Əhməd və başqa məşhur aktyorlar, mətbuat nümayəndələri və digər qonaqlar iştirak edib.
Filmdə Qara Sunqur obrazını canlandıran İlqar Mehdi ekran əsərinin ərsəyə gəlməsindəki səylərinə görə AzTV-nin sədri Rövşən Məmmədova və mədəniyyət naziri Adil Kərimliyə təşəkkür edərək, sənədli filmin serial olaraq davam edə biləcəyini qeyd edib:
“Adil Kərimli filmin ən çətin mərhələsi olan postprodakşn mərhələsində qətiyyətli şəkildə bizə dəstək oldu. Amma ən əsası bu layihənin qısa bir zamanda çoxbölümlü seriala çevirilməsi haqda arzularımızı ümidləndirdi”.
Filmin quruluşçu rejissoru, türkiyəli mütəxəssis Məcid Güvən isə çəkiliş zamanı ən çox yadında qalan xatirəsini bölüşüb:
“Tovuz qalasında çəkilişlər zamanı ölülərin olduğu bir səhnə var idi. O səhnə bizim üçün çox önəmli idi. Məni kiminsə çağırdığını bildirdilər. Təəccübləndim ki, məni kim çağıra bilər? Tovuzlu kəndli olan Heydər adlı biri idi. O, filmdə rol almaq istədiyini dedi. Çox məşğul idim və vaxt itirmək istəməyərək, “əməkdaşlar sizinlə maraqlanar”, - deyə cavab verdim və təəssüf ki, başımdan elədim. Yarım saat sonra bu önəmli səhnəni çəkərkən həmin o Heydər kişinin yerdə ölülərdən birini canlandırdığını gördüm. Bu, onun uşaqlıq xəyalı imiş və onu bizimlə birgə həyata keçirdi. Həmin hadisə mənə çox böyük bir dərs oldu. Birinci Qarabağ müharibəsi qazisi olan həmin şəxsə təşəkkür edirəm”.
Qeyd edək ki, filmin baş rollarını Zabit Səmədov, İlqar Mehdi, Mehriban Zəki, Jalə Həsənli, Günay Əhməd canlandırıb. Quruluşçu rejissoru isə Məcid Güvəndir. Filmin ərsəyə gəlməsində 100-dən çox aktyor heyəti, ümumilikdə 500-dən çox insan çalışıb.

12:34
350
16 Mart 15:59
1 379
16 Mart 15:56
1 456