Xalq şairi Fikrət Qoca ABŞ-da Mədəniyyət

Xalq şairi Fikrət Qoca ABŞ-da

Xalq şairi Fikrət Qoca iyul ayının 10-dan həyat yoldaşı Raya xanımla birlikdə ABŞ-da istirahət edir. Onunla yenidən İndiana ştatının, İndianapolis şəhərində, qızı Günay xanımın evində görüşdük. Səhhəti normal, əhvalı yaxşıdır. Xalq şairi istirahətlə yanaşı yaradıcılığını da davam etdirir.
Azərbaycanda baş verən hadisələri internet vasitəsi ilə izləyir. Füzuli rayonunun Alxanlı kəndində düşmən gülləsinə tuş gələn Zəhra balamıza şeir də həsr edib. "Körpə mələk" adlandırdığı bu şeiri Los Ancelsdə yaşayan şair Aleksandr Qric rus və ingilis dillərinə tərcümə də edib. Fikrət müəllimlə görüşərkən ‘’Haqqın səsi" adlıkiçik həcmli bir poemanın son sətirlərini yazdığının şahidi oldum. Avqustun 15-də vətənə dönəcək xalq şairinin salamlarını sizə çatdıraraq ABŞ-da yazdığı yeni əsərlərini sizə təqdim edirəm:

Körpə mələk

Zəhra körpə mələkdi,
Bir qönçədi təzə, tər.
Nənə nazınıçəkdi,
Sarıldı bir-birinə
Nənə, nəvə- mələklər...
Yarpaqlar pıçıldadı,
Bütün güllər,çiçəklər
Cənnət ətri saçdı.
Zəhra ilə nənəsi,
Bu cənnətə yaraşdı...
Yer üzündə, cahanda...
Bütün dinlər və dillər.
Terror mərmisi ilə
Ölən fidan körpəyə,
Zəhra- Zəhra deyirlər.
Qan ağladıçiçəklər.
Görüb günahsız qanı-
Görüb nənə-balanı,
Qan ağladı mələklər.

Düşmən bu mənzərəyə,
Top ilə atəş açdı.
Zəhra ilə nənəsi
Al qanına boyandı,
Hər yan alışdı, yandı...
Yandıçiçəklər, güllər,
Yandı sevən könüllər,
Yanır ağızda dillər.
Dünyada bütün ellər,
Zəhra-Zəhra deyirlər...

Haqqın səsi

Kainat bir - mavi dəniz…
bir adadı,
Bir insan yuvasıdır,
yer kürrəmiz.
Ağlımızın azlığından,
yolumuzu azdığımızdan
kainatda qəribik biz,
tənhayıq biz.
Bu yuvanı aramızda
bölmək üçün yaşayırıq,
düşünürük.
Savaşmaq üşün,
bölmək üçün.
Bu dünyanın ilk doğulan
Habil, Qabil qardaşıyıq…
Həvva adlı ilk ananın
Göz yaşıyıq.
Niyə qardaş olmadıq biz?
Niyə sirdaş olmadıq biz?
Yaxşı yoldaş olmadıq biz?
Bir vətandaş olmadıq biz.
Habil, Qabil olmayaydıq,
hərəmiz bir daş olaydıq.
Səyyarələr arasında
Salınacaq bir körpüyə
hörüləcək daş olaydıq.
Körpüyə yoldaşı olaydıq.
Milyon illər gedib-gəlib,
Səyyarələr görüşərdi.
Dərdlərinə dərman tapar,
sevinclərin bölüşərdi.
Göz yaşları quruyardı,
Qəlblərə işıq düşərdı.
Milyon illər keçib gedir,
Həvva gözü yaşlı qalır.
Gələn torpor alım deyir,
Sonda onu torpaq alır.
Mən bu sirdən baş açmıram,
hamı gözü yaşlı gedir,
gələn başla gəlir…
Biz özümüz də bilmədən
hamımız göyə aşiqik.
Hər qəlbdə bir ulduz yanır,
biz hərəmiz bir işığıq.
Evdən çöləçıxan kimi,
ilk əvvəl göyə baxırıq.
Ulduzları görməyəndə
qəlbimizdə darıxırıq.
Göyə baxın!
Hər ulduzun öz səsi var.
Göy üzünün üzümüzdə
bir işıqlı kölgəsi var.
Göy üzündə hərənin
bir ulduzu var deyərdilər.
Bu ac gözlər bacarsalar,
basqasının ulduzunu
göydən çalıb yeyərdilər.
Düşündüyüm bir şeyi mən
niyə danım?
Düşünürəm kainatı
bizim üçün
yaradıbdır yaradanım.
Dedi bizə: cənnətim var,
sizi də mən yaratmışam.
Boynunuzda minnətim var.
Burda mənim
öz qaydam var, qanunum var.
Qanmazım var, qananım var.
Bağım min bir rəngəçalır.
Yarpaq, çiçək
min ətirlə nəfəs alır.
Hər ağacın öz barı var.
Hər bir barın öz dadı var.
Hər canlının atası var,
anası var, övladı var.
Çeşmələr eyni cür çağlar.
Biri gülər, biri ağlar.
Birin içsən sərinlərsən.
O biri sinəni dağlar.
Burda hər səs yerindədi.
Heç kim heç kəsi talamır.
Fil qarışqa tapdalamır.
Burda hamı bərabərdir;
hamının sevinci- dərdi,
Olan budur, bu qədərdi...
Onu sizə mən vermişəm.
Kim nəyə layıqdı alır.
Siz gizlədin, mən görmüşəm!
Dedim: bu bara dəyməyin!
Tamah dedi: dərin! dərin!
Əslində tamah dedi ki:
Yaradanı da aldadın.
Görün nəyəəl atdınız,
Şeytanı da mən yaratdım.
Məni şeytana satdınız.
Şeytanı siz buraxdınız gəlbinizə.
Kainatda ən gözəl
bir səyyarəni verdim sizə.
Dedim gedin, orda bəlkə
kamil insan olarsınız.
Siz ağıla dolarsınız.
Özünüzə gələrsiniz.
Qəlbinizdən şeytanı
siz qovarsınız.
Özünüzə gülərsiniz.
Yer üzündə daha gözəl
bir cənnəti qurarsınız.
Uçub gözəl səyyarələr gəzə-gəzə,
bir gün gəlib hüzurumda durarsınız.
Bu ən gözəl bir arzumdu.
İnsan deyib yaratdığım
mənim ən şirin sözümdü.
Bir zaman mən
"ol" demişdim, bu həyata…
Onda sizi qaldırardım
öz ovcumda kainata.
Özüm kimi eşqlə dolu
Gözəl bir can yaratmışam.
Kainata sahib çıxan İnsan,
İnsan yaratmışam.

Elman Eldaroğlu,
ABŞ, İndiana