“Unut bildiklərini, gör mən kiməm” Mədəniyyət

“Unut bildiklərini, gör mən kiməm”

İyulun 30-da “Artım” layihə məkanında Aqil Abdullayev, Diana Hacıyeva, Çinarə Məcidova (hər üçü - Azərbaycan), Ela Ştefanats (Xorvatiya) və Katya Verheulun (Niderland) əsərlərindən ibarət “Unut bildiklərini, gör mən kiməm” adlı sərgi açılacaq. “YARAT” rezidentlərinin sərgisinin başlıca məqsədi, “ikiüzlü Yanus” fenomeninin, eyni zamanda, həm konstruktiv, həm də destruktiv (dağıdıcı) formalar ala bilən ictimai rəydə necə təzahür etməsini araşdırmaqdır. Sərgi çərçivəsində şəxsi təcrübələr, mövhumatlar və şəhər əfsanələrinə əsaslanan hekayələr təqdim ediləcək. Onların kökü yerli mif yaradıcılığından, eləcə də, həqiqət və yalan, reallıq və uydurma arasında incə sərhəd boyunca inkişaf edən gənclər mədəniyyətindən qaynaqlanır. Sərginin əsas məqsədlərindən biri, ictimai rəyin diqqəti cəlb etməyə kömək etmək əzmində olması, eyni zamanda, şayiələr, dedi-qodular, ya da istehza kimi ən kəskin formada təhqiramiz manipulyasiyalar və təşviqatlar aləti kimi istifadə edilə bilməsini araşdırmaqdır. Sərgi, növbəti suala cavab tapmağa çalışan təhsil proqramı ilə müşayiət olunur: Bu niyə baş verir və bunun qarşısını necə almaq olar?
Rəssam Aqil Abdullayevin videoəsərinin əsas diqqəti, dostların insanın həyatına necə təsir göstərməsinə yönəlir. Filmdə ali təhsilin dörd müxtəlif mərhələləri arasında, tələbəlik mühiti üçün səciyyəvi olan dialoqların qurulması ilə bu məsələ öz həllini tapır. Bu yeni film və onunla bağlı çap materialları yeniyetmələrin mühitində istənilən növ təhqirlər və zorakılıqların formalaşmasını qınayır, şiddətli hücumlar və rişxənd obyektlərinin asılılıqları və xatirələrinə xüsusi diqqət ayırır. Filmdə rifah, gənclik və xoşbəxtliyin xilasedici vərdişlərinin mexanikasını diqqətlə nəzərdən keçirir, bizi xarakterlərin çoxmüxtəlifliyi ilə əhatə edir və bizim narahatlıqlarımıza qarşı mübarizəyə, “ova” çıxır. Bütün rolları Aqil şəxsən özü ifa edir. Xromakey texnologiyası ilə kadrlara fonların daxil edilməsindən istifadə etməklə, o, heyrətamiz xoşbəxt mühit yaradır. Bəzi tarixlər, personajlar və araşdırma obyektlərinin öz-özünə dağılması və rəssam tərəfindən təqdim edilən xəstə cəmiyyətin tam süqutuna gətirib çıxarsa da, o, nəyə görəsə, bütün bunların daha yaxşıları ilə əvəzlənəcəyinə bir o qədər ümid bəsləmir.
Diana Hacıyevanın “Təbii seçim” adlı əsəri, daha güclülərin sağ qalması ilə bağlı Darvinin nəzəriyyəsini işıqlandırır. Bu nəzəriyyə təsdiq edir ki, ətraf mühitin mövcud şəraitlərinə daha yaxşı uyğunlaşmağa müvəffəq olan orqanizmlər, digərlərinə rəğmən, daha çox üstünlüyə və daha çox sağ qalma şansına malik olur. Bu isə onların digər, daha az uyğunlaşmış canlılar ilə münasibətdə, öz genlərini növbəti nəsillərə daha çox ötürməyə imkan verir.
Çinarə Məcidovanın “Güllə-sözlər” adlı videosu, sözü, müasir dövrün həm neqativ, həm də pozitiv şəkildə istifadə edilə bilən ən güclü silahlarından biri kimi araşdırır. Apardığı sorğu vasitəsilə, o, insanların daha çox istehzalara məruz qaldığı səbəbləri araşdırıb. Məlum olub ki, bu səbəblər daha çox xarici görünüş, etnik mənsubiyyət, irq və ya sosial status ilə bağlıdır. Bu gün sosial şəbəkələrdə təqib və sıxışdırmalar üçün “kiber-istehza” kimi tanınan daha bir platforma formalaşıb. Sərgi sentyabrın 29-dək ziyarətçilər üçün açıq qalacaq.