Flora, Nisə, Brilliant bir arada Mədəniyyət

Flora, Nisə, Brilliant bir arada

Bundan başqa bəstəkarın musiqilərin qurulmuş rəqs nömrələri və instrumental əsərlər də nümayiş olunacaq

Tanınmış bəstəkar İmruzə Hüseynova yubileyi ərəfəsində dinləyicilərinə sevilən mahnılarından ibarət "Darıxmışam sənin üçün" adlı konsert proqramı təşkil edəcək. Bəstəkar Lent.az-a bildirib ki, konsert dekabrın 8-də Heydər Əliyev sarayına baş tutacaq. Xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Brilliant Dadaşova, Ağadadaş Ağayev əməkdar artistlər Tünzalə Ağayeva, İlqar Muradov, Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Elnur Məmmədov, Mirkamil Kamilov və digər ifaçılar onun bəstələrini ifa edəcəklər. Bundan başqa bəstəkarın musiqilərin qurulmuş rəqs nömrələri və instrumental əsərlər də nümayiş olunacaq.
Qeyd edək ki İ.Hüseynovanın Rəşid Behbudov Adına Mahnı Teatrı və Dövlət Filarmoniyasında da yaradıcılıq konsertləri baş tutub.