
Zelenski: Təhlükəsizliyin əsas təminatı Ukraynanın güclü ordusudur
4 Sentyabr 17:54
4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
4 Sentyabr 17:12
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Azərbaycan Prezidenti İlham Əliyevin Dmitri Kselyova müsahibəsində olduqca önəmli məqamlara toxunulur və Azərbaycan-Ermənistan münasibətlərində sülh quruculuğu prosesinin formalaşmasına birbaşa əngəl törədəcək məqamlar aşkar şəkildə ifadə olunur”.
Bunu xalqcəbhəsi. az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı deyib.
Politoloq əlavə edib ki, bugünədək müəyyən maddələrin üzərində fikir ayrılığının, razılaşmanın olmaması ilə bağlı fikirlər ümumi olaraq səsləndirilirdi, amma bu müsahibədə artıq birbaşa detallı şəkildə hansı məsələlərin Ermənistan tərəfindən razılaşdırılmadığının və bu istiqamətdə süni əngəllərin formalaşdırılmasının detalları diqqətə çatdırılmış oldu: “Bizə aydın oldu ki, bu, birinci məqamda konstitusiya dəyişikliyi ilə bağlıdır. Cənab İlham Əliyev həmin müsahibənin məzmununda da aşkar şəkildə bildirir ki, Dağlıq Qarabağ ifadəsinin işlədilməsi, Azərbaycan ərazilərinə iddiaların Ermənistan Konstitusiyasının preambulasında yer alması və bütün bunlara rəğmən hələ də qarşı tərəfdən heç bir cavab reaksiyasının olmaması, yenə də müharibənin növbəti fazaya keçirilməsi, “legitimləşdirilməsi” üçün hədəf rolunu oynamış olur. Əgər onlar deyək ki, SSRİ xəritəsini əsas götürərək sərhədlərin razılaşmasını tələb etsələr belə istənilən halda SSRİ dönəmində xəritədə də, SSRİ dönəmində olan Ermənistan Konsitusiyasında da Azərbaycan ərazilərinə indiki şəkildə iddialar mövcud deyildi. Burada da məsələnin bir absurd tərəfi ortaya qoyulmuş olur”.
Röya İsrafilova